Arxiv
17 Sentyabr 2019, 09:58 | AKTUAL
Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən Nəsimi filialı, Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət göstərir. Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən daha rahat istifadə edə bilərlər.

 

Modern.az xəbər verir ki, Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs, həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar təqdim ediləcək. Burada xidmət saatlarından əlavə qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini həyata keçirə, nağd pul əldə edə bilərlər.

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50