Arxiv
17 Sentyabr 2019, 11:13 | AKTUAL
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi” - VİDEO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirlərdə ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da iştirak ediblər.

 

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi formalaşdırıldı, 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.

 

General-leytenant Kərəm Mustafayev bildirib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Ölkədə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının uğurla nəticələnməsi bunun bariz nümunəsidir. Qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında şəxsi heyətin döyüş ruhu və peşəkarlığı əsas rol oynayıb.

 

Təbrik oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib. Ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda isə ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumlarının SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00 Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı 2 Aprel 2020, 18:52 Fransanın ən iri bazarı meyitxanaya çevriləcək 2 Aprel 2020, 18:48 Rusiyada aprelin 30-na qədər iş olmayacaq 2 Aprel 2020, 18:33 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 2 Aprel 2020, 18:19 Keçmiş icra başçısı UNEC-in prorektoru təyin edildi -FOTO 2 Aprel 2020, 18:17 Mehriban Əliyeva: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!” 2 Aprel 2020, 18:11 Ronaldu Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi 2 Aprel 2020, 18:05 Bakıda 31 yaşlı kişi etil spirtindən öldü 2 Aprel 2020, 18:00 Goranboyda koronavirusa qarşı monitorinqlər davam etdir - FOTO 2 Aprel 2020, 17:55 Karantin dövründə kişilərdə qadınlaşma baş verəcək? - Psixoloqla MÜSAHİBƏ 2 Aprel 2020, 17:50 Azərbaycanda tələbə qəfildən vəfat etdi 2 Aprel 2020, 17:44 Sərhəddəki erməni təxribatına Rusiyadan REAKSİYA 2 Aprel 2020, 17:38 Məcburi köçkünlər üçün yeni binalar tikiləcək 2 Aprel 2020, 17:32