Modern.az

Əli Əhmədov “Əsrin müqaviləsi”ndən DANIŞDI: “Risk amilləri mövcud idi”

Əli Əhmədov “Əsrin müqaviləsi”ndən DANIŞDI: “Risk amilləri mövcud idi”

Aktual

18 Sentyabr 2019, 13:10

"XX əsrin son onillyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu. Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkünləşib ".

Modern.az bildirir ki, bu fikirləri “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” movzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov səsləndirib.


Ə. Əhmədov xatırladıb ki, həmin dövrdə dövlət müstəqilliyini yeni əldə edən Azərbaycanın daxilində və ətrafında müəyyən səbəblərlə əlaqədar, hamıya məlum olan proseslər başa çatmamışdı:


"Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətin içərisində Azərbaycanın neft strategiyasının işlənib, hazırlanması və həyata keçirilməsi mühüm yer tuturdu. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycan üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirilməsinə nail oldu”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?