Modern.az

Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?”

Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?”

18 Sentyabr 2019, 13:10

Vilayət Eyvazov,
Azərbaycanın Macarıstandakı səfiri

İki illik (1918-1920) Malta sürgününü çıxmaq şərti ilə Əhməd Ağaoğlu ömrünün son otuz ilinin (1909-1939) Türkiyədə keçirib. İki dəfə Osmanlı Məclisi-Məbusanının (Parlament), iki dəfə isə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilib.
1912-ci ildə təsis olunan Türk Ocaqlarının qurucularından biri və əsas yayın orqanının - "Türk yurdu"nun ən fəal müəllifi olub.
Qurtuluş Savaşı dönəmində İstihbarat Ümum Müdiri - başqa sözlə desək, Atatürkün mətbuat naziri kimi fəaliyyət göstərib.
1924-cü ildə Atatürkün rəhbərliyi ilə ilk türk Ana Yasasını-konstitusiyaslnl hazırlayan komissiyanın üzvü olub.
1925-ci ildə Ankara Hüquq Mərtəbinin açılmasına böyük zəhmət sərf edib. Açılış günü Atatürkün təbrik nitqindən sonra onun Konstitusiya hüququndan bəhs edən mühazirəsi dinlənilib.
Türkiyədə siyasi həyatın demokratikləşdirilməsi, çoxpartiyalılıq prinsipinin tətbiqi istiqamətində ilk təşəbbüs olan Sərbəst Firqənin qurucularından biri və ideoloqu olub.
Ankara və İstanbul universitetlərinin professoru olub.
Bir neçə qəzetə redaktorluq edib.
Atatürkçülüyün ən ardıcıl müdafiəçilərindən biri kimi tanınıb.
Türk mətbuatında yeni Türkiyəni müdafiə və təbliğ edən yüzlərlə məqaləsi dərc olunub.
Onun Türkiyə və türklük qarşısındakı xidmətlərinin siyahısını yenə də davam etdirə bilərəm.
Amma bütün bu xidmətlərə rəğmən Əhməd bəyin 150 illik yubileyi Türkiyədə tam bir sükutla qarşılanıb.
Səbəb nədir? Bəs Türkiyədəki çoxsaylı Azərbaycan icması, müxtəlif universitetlərdə çalışan alimlərimiz nə düşünürlər?
Əgər biz ortaq dəyərlərimizi dili dilimizdən, dini-dinimizdən olan qardaş Türkiyədə də təbliğ edib yaya bilmiriksə, yaxud buna ənənəvi laqeydlik pərdəsi arxasından baxırıqsa o zaman Qərb ölkələrində hansı uğura ümid edə bilərik?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir