Modern.az

“Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ

“Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ

Təhsil

18 Sentyabr 2019, 13:26

Milli Məclisin üzvü Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, deputat bununla bağlı bildirib:

– Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlnması çətin olan bir hadisə baş verib. “BakıBUS” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Doğrudur hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və “Metropoliten” həftəiçi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı