Arxiv
18 Sentyabr 2019, 14:41 | AKTUAL
Elmar Məmmədyarov İtaliyada Ermənistanın təcavüzündən DANIŞDI

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

 

Azərbaycanın Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrindən, ölkələrimiz arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə olunub. Azərbaycan-İtaliya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərəarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu xüsusda parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri və hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyəti təqdir olunub.

 

M.E.Alberti Kasellati 18-19 iyul 2018-ci il tarixlərində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin ardınca iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərdə dinamikliyin davam etdiyini, bunun ardınca 25-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin, 18-19 oktyabr 2018-ci il tarixlərində İtaliya Senatının sədri qismində özünün ölkəmizə rəsmi səfərinin, 6-8 may 2019-cu il tarixlərində Milli Məclisinin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfərinin həyata keçirildiyini bildirib. Azərbaycana rəsmi səfəri vaxtı ən yüksək səviyyədə qəbul edildiyini, Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını və bu səfərin ona ölkəmizin həqiqətləri ilə yaxından tanış olmağa imkan verdiyini, Azərbaycanın zəngin tarixi-mədəni irsini, iqtisadi inkişafını, multikultural mühitini yüksək qiymətləndirdiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığa yetirdiyi diqqəti, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri və bu mənada dünya maddi-mədəni irsinin qorunmasına verdiyi töhfələri təqdir edib.

 

Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğunu bildirib. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğunu bildirib. Nazir Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropa, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə, eyni zamanda Azərbaycan-İtaliya tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib, bu layihənin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, bu əməkdaşlığa İtaliyanın töhfələri, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54