Modern.az

Deputat qaliblərlə görüşdü

Deputat qaliblərlə görüşdü

18 Sentyabr 2019, 18:20

YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.

 

Modern.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş bədii qiraət qəzəl müsabiqəsinin qalibləri ilə görüşü keçirilib. 

 

Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan millət vəkili Naqif Həmzəyev Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində özünəməxsus yer tutan, bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Millət vəkili Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın və bu il ölkəmizdə “Nəsimi ili” elan edilməsinin ölməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına, təbliğ edilməsinə geniş meydan açdığını bildirib.

 

Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə keçirilən müsabiqənin qalibləri respublika müsabiqəsinə vəsiqə qazanıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır