Arxiv
20 Sentyabr 2019, 12:18 | MƏDƏNİYYƏT
Firuzə İbadovanın aktrisa bacısı - Məhbəs həyatı yaşamış Rəhilə İbadova - FOTO

20 sentyabr tarixi aktrisa Rəhilə İbadovanın doğum günüdür. Ekranlarda nümayiş etdirilən bir sıra tamaşalardan tanıdığımız aktrisa Rəhilə İbadova Əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın bacısıdır.

Modern.az-ın məlumatına görə, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. “Tıq-tıq xanım”, “Cırtdan” və bir çox nağılın qəhrəmanlarını oynayıb. Deyilənə görə, hələ də həmin teatrda onun oynadığı rollar heç kimə verilmir. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, “Adam ol” filmində çəkilib.

Rəhilə İbadova 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.

Yuxarıda qeyd etdiyimiz kimi, aktrisa Rəhilə İbadova məhbəs həyatı yaşamağa da məcbur olub. R.İbadova tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq həbs olunmuşdu. Aktrisa 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.

Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq demişdi: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım".

Aktrisanın müğənni bacısı Firuzə İbadova isə həmin vaxtlar bu hadisə haqda danışarkən "onu bu günə salanları görüm ondan da o yana getsinlər. Mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər" söyləmişdi...

Modern.az-ın məlumatına görə, aktrisa Rəhilə İbadova hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir. 

Sentyabrın 15-də teatr yeni mövsümün açılışını edib. Teatra gələn tamaşaçılar “Cırtdan”a Azərbaycan dilində baxıblar. Birhissəli kukla tamaşasında rollardan birni teatrın aparıcı aktyoru Rəhilə İbadova ifa edib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00