Modern.az

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

20 Sentyabr 2019, 15:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir müavini  məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

 

Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığına, özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyatı aparılıb. Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir