Modern.az

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

20 Sentyabr 2019, 18:09

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib. Qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin sıyahıda gedir. Linkdə tanış olmaq olar:

//meta.wikimedia.org/wiki/Global_sysops

Bu barədə Modern.az-a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətinin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə “Vikipediya”da "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın idarəçisidir. 4 ildir ki, ”Vikipediya”da fəaliyyət göstərir. Əsasən Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə status” alıb.
1998-ci ildə anadan olan Rüfət Rəhimov hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir