Arxiv
21 Sentyabr 2019, 15:34 | AKTUAL
Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi

Sentyabrın 20-21-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki Səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və “SEBA” Koreya Şərq Təbabəti Klinikası Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərə dəstək tədbirləri həyata keçiriblər.

Modern.az xəbər verir ki, dəstək tədbirlərinə məcburi köçkünlərin tibbi müayinəsi, kompleksdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə texniki avadanlıqların və dərs ləvazimatlarının hədiyyə edilməsi, şagirdlər arasında keçirilən inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, həmçinin məcburi köçkün ailələri ilə görüş daxil idi.

Yaşayış kompleksinin ərazisində Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərinin yerləşdikləri binanın akt zalında keçirilən yığıncaqda Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri haqqında danışıb, koreya xalqının da qaçqınlıq və köçkünlük problemləri yaşadığını, məcburi köçkün ailələrdən olan şəxslərin sonradan ölkənin dövlət idarəçiliyində və biznes sektorunda yüksək mövqe qazandıqlarını vurğulayıb. Koreyalı diplomat Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunə olduğunu qeyd edib, ölkəsinin   azərbaycanlı qaçqın və məcburi köçkünlərə bundan sonra da dəstək verəcəyini bildirib.

“SEBA” Koreya Şərq Təbabəti Klinikasının baş həkimi İsmət xanım Qasımzadə  məlumat verib ki, artıq beş ildir ki,  məcburi köçkün qəsəbələrində pulsuz tibbi xidmət aksiyaları həyata keçirdiklərini, doğma yurdundan didərgin düşmüş insanların sağlamlığının bərpasına yardım göstərməyi mənəvi borc hesab etdiklərini bildirib. Qeyd edib ki, koreyalı və azərbaycanlı həkimlərdən ibarət tibbi heyət iki gün ərzidnə “Qobu Park” sakinərinə xidmət edib. Ümumilikdə, 600-dən çox məcburi köçkün müayinə olunub.

Yığıncaqda səfirliyin təşəbbüsü ilə Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərin II-XI sinifləri arasında keçirilmiş “Vətənim Azərbaycandır” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərə hədiyyələr, hər iki məktəbə isə müxtəlif texniki avadanlıqlar və dərs ləvazimatı təqdim olunub.

Rəsmi hissə başa çatdıqdan sonra isə tədbir iştirakçıları “Bakı K-pop Festivalı-2019” festivalının qalibi olmuş “7 sins” və “The legend” qruplarının ifasında Koreya, məcburi köçkün məktəblilərin ifasında isə Azərbaycan xalq rəqslərinə tamaşa ediblər.

Sonra səfir Kim Tonq Op məcburi köçkünlərin tibbi müayinəsinin gedişi ilə tanış olub və 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı, baş leytenant, qazi Əhliyyət Mehdiyevin ailəsinə baş çəkib, gənc ailəyə hədiyyələr təqdim edib.  

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirlərini 2014-cü ildən təşkil edir. Bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

“Qobu Park” yaşayış kompleksində keçirilən tədbirdə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28