Modern.az

Güclü külək Goranboyda fəsadlar törətdi

Güclü külək Goranboyda fəsadlar törətdi

Aktual

22 Sentyabr 2019, 00:16

Goranboyda güclü külək nəticəsində bəzi fəsadlar meydana gəlib.

Modern.az  APA-ya istinadla xəbər verir ki, rayonun Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb.

Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Rayonun Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda külək nisbətən zəif halda davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu