Modern.az

Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI

Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI

Aktual

23 Sentyabr 2019, 09:33

“Hörmətli media mənsubları, son günlər hər birimizin durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da o yaşamaq həvəsi ilə həyat uğrunda mübarizəsini davam etdirir”.

Modern.az-ın məlumatına görə, bunu Vurğun Əyyubun təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatı Qubad İbadoğluaz öncə bildirib.

Q.İbadoğlunun sözlərinə görə, bu ağır durumda hər birimizin ictimai məsuliyyətimiz Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır:

“Lakin, bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir. Odur ki, sizlərdən xahiş edirəm ki, nəzərə alasınınız ki, Vurğun bəyin səhhəti ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narhatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir”. 

Qeyd edək ki, bu gün səhər saatlarında bəzi şəxslər sosial şəbəkədə Vurğun Əyyubun rəhmətə getdiyi barədə statsular yazıblar.

Amma az sonra məlum olub ki, xəbər əsassızdır...

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!