Arxiv
23 Sentyabr 2019, 09:44 | MƏDƏNİYYƏT
“Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır

Fuad Bakışlı hazırda Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Dövlət Akademiyasında riyaziyyat müəllimi işləməklə yanaşı, təhsil meneceri kimi də fəaliyyət göstərir.

 

Araşdırmalar göstərir ki, yetkinlik 12-20 yaş arasındakı dövrü əhatə edir. Yetkinlik  qızlarda 8-13, oğlanlarda 10-15 yaşlarında başlayır.  Bu yaş dövründə uşaqlıqdan çıxaraq həddi-büluğa qədəm qoymağa hazırlaşan gənclər risk almağa daha çox meyilli olurlar. 

Yeniyetmələr,  ailə böyüklərinə tez-tez qarşı çıxmalar, qadağalara, öyüdlərə, xəbərdarlıqlara qarşı çıxmaq, qayda və məhdudiyyətlərin çoxluğundan sıxılmaq, dözümsüzlük, evdən qaçma, ailədən qopma kimi hallarla valideynləri çətin vəziyyətə salırlar.

 

Birinci növbədə  gəlin görək  valideyn hansı əlamətlərdən bilməlidir ki, onun övladı  yetkinlik dövrü yaşayır? 

 

Yetkinlik, uşaqlıq dövrü ilə gənclik dövrü arasında qalan bir “ara keçid dövrüdür”. Bəzən “gənclik dövrü” ifadəsindən “yetkinlik” sözünün əvəzində də istifadə edilir. Bu zaman yetkinlik dedikdə, bu yaş dövrünün başlanğıcında olan bioloji, cinsi inkişaf dövrü nəzərdə tutulur. A. Kulaksızoğlu yetkinlik dövründə depressiya, etimadsızlıq, dalğınlıq kimi hislərin yetkinlik dövrünə qədəm qoymuş qızlarda daha çox yaşandığını və bunların zəif sosial-iqtisadi səviyyə ilə əlaqəli olduğunu göstərib. YUNESKO-nun tərifinə görə, gənc təhsil alan və həyatını təmin etmək, qazanc üçün işləməyən və evi olmayan insandır.

 

Bəs yetkinlik əlamətləri nələrdir?

 

Yeniyetmələr xudbinlik-xeyriyyəçilik, uyğunlaşma-uyğunlaşmama, uşaqlıq-ciddilik, sevinc-kədər, üsyan etmə-tabe olma, sövq edən-istəyən, rədd edən-gözləyən kimi fərqli duyğular arasında get-gəllər yaşayırlar. Bu dövrdə şəxsi davranışlarda bir sıra özünəməxsus xüsusiyyətlər ortaya çıxa bilər: daxili narahatlıq, vasvasılıq, tez reaksiya vermə, duyğuların ifadə edilməsində ziqzaqlar, tez sevinmə və kədərlənmə, qərarsızlıq, dərslərə və çalışmalara marağın və diqqətin azalması, istəklərin artması, mənəmlik hissinin qabarması, evdən uzaq qalma meyli, özünü haqlı-haqsız müdafiə, geyinməyə, bəzənməyə düşkünlük, yaşıdları ilə birlikdə olmağa çalışmaq, səsin dəyişməsi, dostlarına oxşamaq cəhdi, musiqi və əyləncəyə meyillilik...

Bu sadalananlar gənclərin ətrafdakılar tərəfindən fərq edilmə və dəyər verilmə istəyindən irəli gəlir. Bir sözlə, yetkinlik çağında “mən artıq uşaq deyiləm” motivi ilə özünü təqdim etməyə cəhd göstərir.

 

Yetkinlikdə fiziki dəyişmə necə baş verir ?

 

Məlumdur ki, cəmiyyətimizdə ideal qadın bədəninin incə, kişi bədənin isə əzələli olması fikri təşviq olunur. Amerika Birşləşmiş Ştatlarında yeniyetmələr arasında keçirilmiş sorğuda iştirak edən yeniyetmələrin əksəriyyəti öz bədənlərinin formasından, çəkisindən, bədən ölçülərindən narazılıqlarını gizlətməmişlər. Bu tədqiqatda iştirak edən qızlar arıqlamaq üçün pəhrizdə olduqlarını bildirmiş, oğlanlar isə daha əzələli olmaq istəklərini ifadə etmişlər. Yeniyetmələrin öz bədənlərindən, xarici görkəmlərindən bu qədər bədgümanlığı onların qeyri- sağlam qidalanma, pəhriz dərmanları, aclıq kimi vasitələrə əl atmasına gətirib çıxara bilər. Üç əlamət yeniyetmələrin cinsi yetişkənliyi prosesinin dəqiq təsvirini yaradır. Valideynlər, himayədarlar, uşaq inkişafı üzrə mütəxəssislər aşağıdakıları bilməlidirlər: 1) Qız uşaqları oğlanlara nisbətən daha tez yetişirlər; 2) Həm qızlar, həm də oğlanlarda cinsi yetişkənlik prosesinin inkişaf sürəti fərdi xarakter daşıyır; 3) Bioloji inkişafın ardıcıllığı bütün yeniyetmələr üçün eynidir. Yeniyetməlik dövründə bədənin çəkisi qızları və oğlanları narahat edən amillərdəndir.


Yeniyetmələrlə münasibət necə qurulmalıdır?


Ünsiyyət — ötürən və qəbul edən iki insan, ya da insan qrupu arasında reallaşan bir duyğu, düşüncə, davranış və bilik mübadiləsidir. Ünsiyyət insanların bir-birini anlaması prosesidir. Ata-analar gənclərin reaksiyalarına diqqət yetirmədən əmr və göstəriş verməklə ünsiyyət qurmağa çalışırlar. Bu zaman tənbeh, xəbərdarlıq, ittiham kimi ünsiyyətə əngəl olan cəhətləri nəzərə almırlar. Belə vəziyyətdə gənc elə hiss edir ki, duyulmur, anlaşılmır, ona qarşı diqqətsizdirlər. Bu qənaətlə də onlar yaxınları ilə əlaqəni kəsirlər. Verilən fikir həmişə nəzərdə tutulduğundan fərqli şəkildə anlaşılır. Münasibətin möhkəm olması üçün valideynlər təmənnasız sevgi, hörmət göstərməli, başa düşən olmalı və uşağı məhz uşaq kimi, yeniyetmələri yeniyetmə kimi qəbul etməyi bacarmalıdırlar. Deməli, ünsiyyətdə ən təsirli vasitə dinləmədir. Bir adamın könlünə girməyin ən qısa və ən gözəl yolu onunla danışmaqdır. Ona qarşı diqqət yetirildiyini hiss etdirməkdir.

 

 

Gəncləri necə dinləyirik?

Müşahidələr göstərir ki, bacarıqsız, özünə inanmayan gənclərin əksəriyyəti yetkinlik çağında valideynlərindən ehtiyac duyduqları zəruri mənəvi dəstəyi almayanlardır. Bilindiyi kimi yaxınlarından yetərli diqqət və qayğı görməyənlər başqa qruplara yönəlirlər: bu da yaramaz dost, küçə və s. münasib olmayan yerlərlə tanışlığa gətirib çıxardır. Onu dinləməyə hazır olduğumuzu öncə davranışlarımızla qarşımızdakına çatdırmalıyıq. Bütün günü qəzet oxuyan, televizora baxan, ya da başqa şeylərlə məşğul olan ataya hansı uşaq problemlərini danışar ki?!


Gəncləri dinləyərkən hansı səhvlərə yol veririk?


Öyüd vermə:
Elə eləmə, belə et.

İstiqamətləndirmə: Dərd çəkməkdənsə, otur dərs oxu;

Günahlandırma: Sən, onsuz da, həmişə asana qaçırsan;

Tənqid etmə: Bu qədər bəsit məsələni balaca uşaq da həll edər.

Özünü uşaq kimi aparırsan; Ad qoyma: Şüursuz, bacarıqsız, axmaq.


Bu deyilənlər gəncin əsassız bəhanələrlə müdafiəyə keçməsinə, əsəbiləşməsinə, müqavimət göstərməsinə və başqa duyğulara qapılmasına səbəb ola bilər. Əslində, gəncin əvvəlcə dinlənilməyə və qəbul edilməyə ehtiyacı var. Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr, onların müəyyən qədər rahatlandığını görəcəklər. Aktiv dinləmə ilə gəncin fikrini öyrənib çıxış yolları birgə axtarılarsa, onun özünü kəşf etməsinə zəmin hazırlamış oluruq. Qəbul edildiyini, sevildiyini bilən bir adamla əlaqə qurmaq çətin olmaz.

 




Fuad Bakışlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 “Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir” - Prezidentdən məmurlara XƏBƏRDARLIQ 16 Oktyabr 2019, 21:47 Prezidentdən tələb: “Müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir” 16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 16 Oktyabr 2019, 16:59 Hadisə yerindən qaçan sürücü tutuldu 16 Oktyabr 2019, 16:58 Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN 16 Oktyabr 2019, 16:50 Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...” 16 Oktyabr 2019, 16:40