Arxiv
23 Sentyabr 2019, 16:38 | AKTUAL
Fədayə Laçının məhkəməsi yenə təxirə salındı

Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi bu dəfə də təxirə salınıb.

Modern.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses məhbuslar gətirilmədiyindən yenidən 30-dək təxirə salınıb.

Xatırladaq ki, məhkəmə prosesi artıq 11 dəfə qeyri-müəyyən səbəblərdən təxirə düşüb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. 

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Dövlət Nəzarət Təhükəsizlik Departamentini Baş Prokurorluğa ŞİKAYƏT ETDİ 16 Oktyabr 2019, 15:41 183 min tondan çox pambıq təhvil verilib 16 Oktyabr 2019, 15:30 820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir 16 Oktyabr 2019, 15:16 9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib 16 Oktyabr 2019, 15:14 MİDA 570 mənzili 1 dəqiqədə satdı 16 Oktyabr 2019, 15:11 Azərbaycanın dollardan imtina etməsi mümkün deyil - RƏY 16 Oktyabr 2019, 15:05 Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ 16 Oktyabr 2019, 15:05 Nazir müavini səfirə orden təqdim etdi - FOTO 16 Oktyabr 2019, 14:58 Ərdoğan iclasda Qarabağı misal gətirdi 16 Oktyabr 2019, 14:40 İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB 16 Oktyabr 2019, 14:40 Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI 16 Oktyabr 2019, 14:39 “Türk dünyasını birləşdirən strateji yol açılır” - MirHəsən Seyidov 16 Oktyabr 2019, 14:22 Dövlət Statistika Komitəsi: Əhalinin siyahıyaalınması BAŞA ÇATDI 16 Oktyabr 2019, 14:19 Nazirlikdən XƏBƏRDARLIQ: “Balıqları məhv edənlər bilsin və qorxsun” 16 Oktyabr 2019, 14:15 Naftalanda piyada vuruldu – qaçan sürücü saxlanıldı 16 Oktyabr 2019, 14:14 “İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ 16 Oktyabr 2019, 14:11 Xorvatlar Bakıda möhtəşəm konsert verdilər - FOTO 16 Oktyabr 2019, 13:58 Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ 16 Oktyabr 2019, 13:44 160 milyona yaxın qardaşlıq ailəsi 16 Oktyabr 2019, 13:32 Mehmetçikdən türk idmançılarına mesaj var - VİDEO 16 Oktyabr 2019, 13:32 Fuad Qəhrəmanlıya cinayət işi açıldı 16 Oktyabr 2019, 13:23 “Tələbələrini özünə övlad etmiş bir insanı itirdik” - Vurğun Əyyubun iş yoldaşları və tələbələrinin XATİRƏLƏRİ 16 Oktyabr 2019, 13:19 Sabahın HAVASI: 29 dərəcə isti olacaq 16 Oktyabr 2019, 13:16 Zakir Həsənov: "NATO ölkəmizin ərazi bütövlüyünə siyasi dəstək verir" 16 Oktyabr 2019, 13:08 ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı müzakirə olundu 16 Oktyabr 2019, 13:00 9 ayda Azərbaycana 40 minə yaxın avtomobil gətirilib 16 Oktyabr 2019, 12:54 Prokuror Elinanın direktoruna cəza istədi 16 Oktyabr 2019, 12:31 Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır 16 Oktyabr 2019, 12:23 Türk ordusu Suriyada 637 terrorçu zərərsizləşdirilib 16 Oktyabr 2019, 12:18 Tanınmış azərbaycanlı iş adamı avtomobil qəzasında öldü 16 Oktyabr 2019, 12:18 Jurnalistikada Azərbaycan və Türkiyə əməkdaşlığı müzakirə olundu - VİDEO 16 Oktyabr 2019, 12:08 İcra Hakimiyyətində yeni TƏYİNATLAR 16 Oktyabr 2019, 12:07 Deputat: “Prezident daha bir mesaj verdi” 16 Oktyabr 2019, 12:00 Azərbaycanda əmək müqavilələrinin sayı kəskin artıb 16 Oktyabr 2019, 11:58 Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq 16 Oktyabr 2019, 11:56