Arxiv
24 Sentyabr 2019, 08:34 | REPORTAJ
Əfqanıstanlıya ərə gedən azərbaycanlı tibb bacısı: “Üç ölkədə yaşayandan sonra Kanadaya gəlib çıxdıq” - SÖHBƏT
22 ildir Kanadada yaşayan Şərqiyyə Həsənova: "Burada ucuz geyinən milyonerlər də, bahalı geyinən yoxsullar da var"

 


Modern.az saytı Kanadada yaşayan jurnalist Lalə Musaqızının növbəti yazısını təqdim edir.

"Kanadada hər nə istəsəniz, əldə edə biləcəksiniz. Sadəcə, qarşınıza məqsəd qoyub, bu məqsəd uğrunda çox çalışıb çabalamaq lazımdır".

Bu sözləri Kanadada 22 ildir yaşayan müsahibim Şərqiyyə Həsənova bildirdi.  

O, Kanadanın Kvebek (Quebec) əyalətində yaşayır, 4 övladı var. Charles LeMoyne Hospitalında texniki tibb bacısı işləyir, böyrək xəstəlikləri şöbəsində dializ edir. Şərqiyyə xanımla Kanadaya gəlişi, burada qarşılaşdığı çətinliklər, "ayaqda" necə qalması, yeni gələn miqrantlara tövsiyələri və s. barədə danışdıq...

 

Dəfələrlə həyata sıfırdan başlamaq

 

Həyat yoldaşı ilə İndiki Texniki Universitetdə təhsil alarkən tanış olublar. Ailəsinin etirazlarına baxmayaraq, evdəkiləri çətinliklə də olsa razı salaraq eyni universitetdə oxuduğu Əfqanıstan türkməni ilə ailə həyatı qurub. Üç il Əfqanıstanda yaşayandan sonra sözügedən ölkədə ara qarışdığından 1991-ci ildə  Azərbaycana köçüblər. Amma burada da çox qalmayıblar. Azərbaycanda həyat yoldaşı haqsızlıqlara məruz qaldığından Şərqiyyə xanımın təkidi ilə Kanadaya getmək məqsədilə 1996-cı ildə Rusiyaya köçüblər: "Yoldaşım tərəddüd edirdi. Mənə dedi ki, yaxşı-yaxşı fikirləş, sonra peşiman olma, sən darıxsan, dünya mənə qiyamət olar. Onun bir çox ailə üzvləri Kanadada olduğundan dedim ki, "sənin ailən harada, biz də orada, gedək buralardan".

Beləcə, yeni qurulmuş ailə üçüncü dəfə, üçüncü ölkədə - Rusiyada həyatlarına sıfırdan başlayırlar: "Amma əziyyət çəkdickə daha da gücləndik, bir-birimizə daha çox bağlandıq və 4 gözəl bala böyütdük, nənə-baba olduq, şükür".

 

1997-ci ilin sonunda Kanadaya köçüblər. Özü də fransızdilli şəhərə - Montreala. Fransız dilində isə "salam", "sağ ol"dan başqa heç nə bilməyiblər: "Heç yerə bələd olmadığımızdan düz yanımızda mağazaların olduğundan xəbərsiz idik. Təsəvvür edin, kiminsə ünvanını verdiyi mağazaya iki avtobus dəyişərək gedirdik. Xeyli müddət sonra bildik ki, yanımızdaca ərzaq almaq üçün mağazalar var imiş...".

Kanadaya gələndən 3 ay sonra güclü şaxta düşür, hər yer buz bağlayır, həyat iflic olur, işıq, su kəsilir. 17 gün bir məktəbdə dövlətin verdiyi sığınacaqda qalırlar - 3 körpə uşaq və dödüncünün də yolunu gözləyirlər...".

2002-ci ildə isə yaşadıqları 64 mənzilli 4 mərtəbəli bina yanır. Sığortaları olmadığından yenə də sıfırdan başlayırlar. Amma heç bir zaman təslim olmur, şikayətlənmədən həyata davam edirlər.

 

"Qızımla birlikdə kollecdə oxudum"

 

1998-ci ildə fransız dili kursuna gedərək 8 aya fransız dilini öyrənir və 1999- 2001-ci illərdə Edouard-Monpetit kollecində Telerabitə fakültəsini oxuyub, 7 il bu sahə üzrə işləyir: "Amma işim ürəyimcə deyildi. Buna görə də 2007-2011-ci illərdə Kanadada ən çox tələbat olan sahələrdən birini, texniki tibb bacısı fakültəsini oxudum. Həmin il qızım məktəbi bitirirdi, təsadüfən o da sənədlərini mənim oxuduğum kollecə vermək istədi və ikimiz də eyni kollecdə, ayrı-ayrı fakültələrdə təhsil aldıq. Dərsə bərabər gedib gəlirdik. Kolleci bitirəndən sonra qızım universitetə qəbul oldu, mən isə onkoloji kimyaterapiya şöbəsində çalışmağa başladım. Hazırda isə böyrək xəstəliyindən əziyyət çəkənləri  hemodializ edirəm. Onu da deyim ki, hər dəfə təhsil alanda Kanada dövləti mənim təhsil haqqımdan tutmuş, dərs vətaitlərimin, kitablarımın alınması, gündəlik xərclərimə kimi pulumu ödəyrdi".

 

Qeyd edək ki, Kanadada tibb bacısı işləmək üçün 3 il oxumalısan. Hətta işlədiyin müddətdə daim müxtəlif kurslara getməlisən: "30-40 illik iş təcrübən olsa belə, hər il tibb sahəsində əlavə kurslar götürməlisən".

 

"İstədiyin insan yanında olanda hər çətinliyi atladırsan"

 

Onu da deyək ki, Kanadaya mühacir kimi gələn ailələrin əksəriyyətində ilk illərdə cütlüklər (ər-arvad) arasında problemlər yaşanır. Hətta bu, bir çox ailələrdə boşanmaya qədər gətirib çıxarır. Müsahibim evlilikləri boyunca 4 ölkə dəyişmələrinə, dəfələrlə hər şeyə sıfırdan başlamalarına baxmayaraq, yıxılmayıblar, bir-birlərinə daim dəstək olublar: "Hər dəfə çətinliyə düşəndə rəhmətlik anamın bizim üçün əllərini göyə açıb Allaha dua etdiyini xatırlayırdım və içimə bir güc, enerji gəlirdi. Həm də istədiyin insan yanında olanda hər çətinliyi atladırsan. Biz həmişə bir-birimizə dayaq olmuşuq. Məncə, adam əlindəkilərin dəyərini bilsə, onları itirməmək üçün hər bir çətinliyə dözər. Bizə güc verən bir-birimizə inam, güvən, həyata nikbin baxışımız, övlad, ailə sevgisi olub. Biz 4 övlad böyutməklə yanaşı, bir-birimizin qayğısına qalmışıq, ev-eşik işlərində yardımlaşmışıq. Bütün çətinliklərə baxmayaraq, heç vaxt bir-birimizdən başqasına şikayət etməmişik. Tərəflərin hər şeyi öz aralarında həll etmək əvəzinə, problemi başqalarına danışmasını qəbul edə bilmirəm. Axı, sənə başqaları deyil, həyat yoldaşın lazımdır. Niyə arxasınca danışırsan? Problem, narazılıq varsa, oturub bir yerdə aydınlaşdırmışıq, öz aramızda həll etmişik. Bir-birimizi gözümüzdən oxuyub başa düşmüşük. Düşünürəm ki, ən gözəl şey bir-birinə dəyər verməkdir".

 

"Övladlarım içkidən, tüstüdən çox uzaqdılar"

 

Kanadada uşaq böyütmək, uşaqlar böyüyəndən sonra onlardan razı qalmaq o qədər də asan deyil. Amma həmsöhbətim övladlarından ağızdolusu danışır, onlardan çox razı qaldığını deyir: "Bizim evdə heç vaxt pis söz işlənməyib, hətta heyvan kəliməsini belə "ağzımıza almamışıq", bir-birimizin üstünə səs tonumuzu qaldırmamışıq, bir-birimizin arxasınca deyinməmişik, heç vaxt uşaqların gözləri qarşısında dalaşmamışıq. Mən balalarıma çox inanmışam, onlar da istəklərini, fikirlərini mənimlə bölüşüblər. Övladlarım həmişə ailəmizin daxili qayda-qanunlarına hörmətlə yanaşıblar. İçkidən, tüstüdən çox uzaqdırlar. Yoldaşım uşaqların ailəmizə uyğun olmayan adamlarla dostluq etmələrindən, aldanmalarından çox qorxur. Mən isə, həmişə "mənim tərbiyə verdiklərim ancaq bizə uyğun insanlarla dostluq edər"  deyirəm. Məni təmkinli görəndə yoldaşımın da stresi keçir. Övlad bir söz deyəndə səbrlə qulaq asmaq, düzgün yol seçməyində kömək etmək  lazımdır. İndiki cavanlar çox ağıllıdırlar, ata-ana məsləhəti onları daha da gücləndirir".

       

"İndi hər şey bahalaşıb"

 

Şərqiyyə xanımın Kanadada 22 ildir yaşadığını nəzərə alaraq, indiki Kanada ilə o vaxtkı arasında hansı fərqlərin olduğunu da xəbər aldım: "O vaxt daha çox immiqrant axını var idi. Dükan-bazarda ucuzluq idi. İnsanlar qiymətli əşyalarını evlərinin qarşısına qoyub "götürə bilərsiniz"  yazardılar. Tez-tez ucuz bazarlar təşkil edilərdi və istədiyin hər şeyi münasib qiymətə tapa bilirdin. İndi hər şey bahalaşıb, heç kim heç nəyini atmır və ya pulsuz-parasız vermir, 2 dollara da olsa, satışa çıxarır. İndi ailəni yaxşı dolandırmaq və arxaya pul atmaq üçün ailə üzvlərinin hamısı işləməlidir. Bir kanadalı iş yoldaşım deyir ki, "quldarlıq dövründə  yaşayırıq, o vaxtkı qullardan fərqimiz isə bir az lüks qullar olmağımızdadır".

 

 

 Yeni gələnlərə tövsiyələr

 

Ş.Həsənova sözügedən ölkəyə yeni gələn miqrantlara aşağıdakı tövsiyələri verdi: "Kanadada hər nə istəsəniz, əldə edə biləcəksiniz. Sadəcə, qarşınıza məqsəd qoyub, bu məqsəd uğrunda çox çalışıb çabalamaq lazımdır. Bir az qənaətcil olsanız, əla olar. Ucuz, amma təmiz geyinin, tələsməyin, vaxtı çatanda bahalı paltarlar geyinəcəksiniz. Hər şeyi birdən və tez istəməyin, əks halda borc içində boğularsınız. Bir kredit kartı kifayətdir, o birilərini tullayın getsin. Alış-verişinizi həmişə kredit kartla edin və borclarınızı tez-tez qaytarın. Çünki gələcəkdə maşın, ev almaq istəyəndə bank əvvəllər krediti necə ödəməyinizə baxacaq. Çalışdığınız iş sizə ağır gəlirsə, başqa bir iş axtarın, özünüzə uyğununu tapacaqsınız. Bir də ən əsası, özünüzə və ailənizə vaxt ayırın".

 

"Buradakıların nə qədər şanslı olduğunu bir daha anladım"

 

Sonda həmsöhbətim bu ölkədə yaşamağın özəlliklərindən də danışdı: "Kanadada polis asayişi qoruyur, polis ailənin ən yaxın dostudur. Hələ indiyədək qonşu davası görməmişəm, bütün konflikt yarada biləcək problemlər aidiyyatı yerlərdə həllini tapır. Maaş dalınca qaçmırsan, dəqiqəsi, saniyəsi çatanda avtomatik olaraq birbaşa bank hesabınıza daxil olur. İnsanlar sözü düz gözünün içinə baxıb deməkdən çəkinməzlər, əlbəttə, haqlı oluqlarını bildikləri üçün... Bizdə isə bu, böyüyə hörmətsizlik kimi qəbul olunur. Heç kəs geyim tərzinə, hansı millətə mənsub olduğuna görə mühakimə edilmir. Müxtəlif millətin nümayəndələri öz milli paltarlarında rahatlıqla şəhəri gəzirlər. Dövlət və özəl qurumlarda hər kəs qayda-qanun ilə qarşılanıb yola salınır. Yaşlılar vaxtlı-vaxtında təqaüdünü alır, dərmanları pulsuz evlərinə çatdırılır. Kiminsə evində yaşlı, yaxud xəstə adam yaşayırsa, onlara verilən təqaüddən əlavə, evdəki digər işləyən şəxslərin vergiləri kömək məqsədilə azaldılır. Çünki həmin adamı dövlət saxlasa, daha baha başa gələcək. Bir qohumum Bakıda uşağına tələsik qan axtarırdı. O zaman buradakıların nə qədər  şanslı olduğunu bir daha anladım. Xəstəxana, orada verilən dərmanlar pulsuzdur. Aztəminatlı ailələrdə insanların xəstəxana və dərman xərclərini dövlət qarşılayır. Dərmanların təxminən 80 faizi bu cür adamlar üçün pulsuzdur. İşdən sığortası olan adamların xərclərini isə sığorta şirkəti ödəyir".

Fiziki məhdudiyyətli insanların küçəyə, mağazaya, işə sərbəst getməsi üçün hər cür şəraitin olması müsahibimin ən çox dəyər verdiyi faktlardandır: "Hərəkət məhdudiyyətli şəxslər səhər arabaları ilə avtobusa minib işə gedir, axşam rahatlıqla bazarlığını edib evə qayıdırlar. Yaxud eşitmə qüsuru olan şəxslər maşın sürür, işləyib özlərini dolandırırlar. Küçələrdə rahat şəkildə gəzən görmə məhdudiyyətli şəxslər də az deyil".

 

"Tərəflər bir-birlərinə güvənmədiyi üçün evlənmək üçün tələsməzlər"

 

Həmsöhbətimin fikrincə, burada ailə bağları zəifdir: "İldə 1-2 dəfə bir yerə yığışarlar. Dostun, qohumungilə getməyi planlaşdıranda, gərək əvvəldən zəng vurub adamdan nə zaman münasib olduğunu soruşasınız. Gənclər maşınları və gəzdikləri, istirahət etdikləri ölkələr barədə danışmağı sevərlər. Tərəflər bir-birlərinə güvənmədiyi üçün evlənmək üçün tələsməzlər. 6-7 il bir yerdə yaşadıqdan sonra yola gedərlərsə, evlənməyi planlaşdırarlar. Evlənəndə də əksər cütlüklərdə ev, bankdakı pul, maşın üstündə qalmaqal çıxar. Onlar üçün ailə arxa plandadır, iş,  maşın, səyahət, ev, sağlamlıq öndədir".

 

"Aşağı və orta təbəqə arasında rüşvətxorluq yoxdur"

 

Ş.Həsənova deyir ki, Kanadada aşağı və orta təbəqə arasında rüşvətxorluq, demək olar, yoxdur: "Bunu sizə əminliklə deyirəm. Şəxsən mən bu 22 ildə bir dəfə də rast gəlmədim. 9 ildir xəstəxanada çalışıram. Xəstələr ancaq bayram günləri və xüsusi günlərdə əllərində şirniyyat gətirirlərsə, bunu bütün personal arasında paylaşırıq.

İstədiyin bir post varsa, o, mütləq sənin olacaq: əgər iş təcrübən o birilərindən gün, ay, il hesabı ilə çoxdursa... Burada yaşamaq gözəldir. Heç kimdə paxıllıq hissi  yoxdur. Hər kəs öz gücü çatan səviyyədə gözəl yaşamağa çalışır. Ucuz geyinən milyonerlər də, bahalı geyinən yoxsullar da var. Özün öz həyatını yaşayırsan, kiminsə nəsə deyəcəyinə fikir vermək məcburiyyətində deyilsən."

 

Lalə MUSAQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09 Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA 13 İyul 2020, 20:00 Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar 13 İyul 2020, 19:50 Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi 13 İyul 2020, 19:44 Spiker: “Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir” 13 İyul 2020, 19:25 Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı 13 İyul 2020, 19:17 Dərsliklərə yeni mövzular salınacaq - Təhsil Nazirliyi 13 İyul 2020, 19:00 Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradıldı 13 İyul 2020, 18:50 Ermənistan ordusu Tovuzun Dondar Quşçu kəndini toplardan atəşə tutub 13 İyul 2020, 18:40 İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu   13 İyul 2020, 18:33 Müdafiə Nazirliyi Erministan tərəfinin iddialarını YALANLADI 13 İyul 2020, 18:25 ABŞ-da virusdan ölənlərin sayı 140 minə YAXINLAŞIR 13 İyul 2020, 18:21 Şəhid oğullarımızın qanı yerdə qalmayacaq - Bəyanat 13 İyul 2020, 18:17