Modern.az

Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı

Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı

Aktual

24 Sentyabr 2019, 10:17

Şamaxıda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,

Hadisə nəticəsində 31 və 39 yaşlı iki kişi ağır xəsarət alıb. Həmin şəxslər kritik vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:

“Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir”.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!