Modern.az

Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO

Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO

24 Sentyabr 2019, 11:42

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi Rayon Polis İdarəsi və ys 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir