Modern.az

Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi

Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi

24 Sentyabr 2019, 12:54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçsısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhərləri də iştirak ediblər. 

 

Modern.az-ın xəbərinə görə, Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Şəhər rəhbəri qeyd edib ki,  Gəncədə binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur,  çoxmərtəbəli binaların liftləri yenilənir, yollarda bərpa işləri gedir.  Niyazi Bayramov onu da vurğulayıb ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. O, bu qəbildən olan tədbirlərin davamlı olacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Açıq mikrofon şəraitində keçən görüşdə sakinlərin problemləri dinlənilib. Müraciətlər əsasən ara küçələrdə su-kanalizasiya xəttlərinin yenilənməsi, müxtəlif yerlərdə zibil qutularının yerinin dəyişdirilməsi, mavi yanacağın təzyiqinin artırılması, 11 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitəsinin yolunun uzadılmasına dair olub.

 

Bundan başqa sakinlər  uşaq meydançanlarının yaradılmasını, həyətlərin abadlaşdırımasını, sahibsiz itlərə qarşı tədbir görülməsini xahiş ediblər.  

Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllimlərinin də müraciəti  dinlənilib. Bildirilib ki, səhər və günorta saatlarında məktəbin önündə tıxac yaranır, bu isə bir sıra narahatçılıqlara səbəb olur. Məsələ ilə əlaqədar olaraq icra başçısı Niyazi Bayramov  məktəb yoluna Yol Patrul Xidməti əməkdaşlarının cəlb olunmasına, həmçinin məktəbin arxa giriş qapısının açılmasına dair göstəriş verib. 

 

Görüşdə səsləndirilən əksər məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan problelərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi