Arxiv
27 Sentyabr 2019, 10:44 | DİASPOR
Diaspor Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir - FOTOLAR

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti  Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirib. Tədbir­lərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının nümayən­dələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər.


Modern.az-ın məlumatına görə, hər iki tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxı nümayiş etdirilib.


Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fondun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətəni­mizin müxtəlif tarixi mərhələlərdə inkişafı, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilib.


Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlan­ması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma imkanlarından danışılıb.


Görüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika cəmiy­yətinə çatdırılmasında soydaşlarımızın rolundan danışılıb, bu istiqamətdəki fəaliyyətin əhəmiyyəti vurğulanıb.


Tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.


Daha sonra, ABŞ-da səfərdə olan nümayən­də heyətinin üzvləri Men ştatının Portlənd şəhər meriyasında, Cənubi Men Univer­sitetində, senator Syuzan Kollinzin ofisində, “Study Maine”  təhsil mərkəzində görüşlər keçirib.


Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs,  prezidentin müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin nümayəndəsi Keyt Simpson, eləcə də “Study Maine” şirkətinin direktoru və baş ticarət mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli strateji tərəfdaşlıq, ölkəmizin sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları, Dağlıq Qarabağa dair Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası məsələləri, şəhərin ictimai-siyasi və sosial həyatında onların fəal iştirakı, təhsil sahəsində mübadilə proqramları və s. məsələlər müzakirə olunub.


Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşıb 5 Dekabr 2019, 23:14 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?