Arxiv
3 Oktyabr 2019, 17:55 |
“İlin gənc müəllimi” 2019 müsabiqəsinin qalibləri mükafatlandırıldı 

Oktyarın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Milli Məclisin Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” 2019 müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, gənc müəllimləri əhatə edən müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverici faydalı işlər görən ən yaxşı müəllimləri üzə çıxarmaq və gənc müəllimlərin cəmiyyətə faydalı fəaliyyətlərini qiymətləndirərək onları daha da həvəsləndirməkdir.

 

Müsabiqə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

 

Mükafatlandırma mərasimində Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Məmmədov, BŞTİ-nin  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Milli Məclisin deputatları, ekspertlər, media nümayəndələri və müsabiqənin ilk onluğunu bölüşən müəllimlər iştirak ediblər.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev tədbiri giriş nitqi ilə açıq elan edib.

 

Komitə sədri bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti istiqamətində görülən işlər bir çox sahələrdə öz effektiv nəticəsini göstərməkdədir. Bu mənada təhsil sahəsini xüsusi qeyd etmək lazımdır. O, müsabiqənin orta ümumtəhsil müəssisələrində çalışan gənclərin məhsuldar fəaliyyətinə güzgü tutduğunu, bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

 

Çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri, Azedu.az təhsil portalının direktoru Elşad Eyvazlı müsabiqənin nəticələri ilə yanaşı, təhsil sahəsində görülən işlər və nailiyyətlərdən söz açaraq gənc müəllimlərə yeni tədris ilində uğurlar arzulayıb. 

 

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Məmmədov isə çıxışında gənclərin son illərdə könüllü şəkildə müəllimlik peşəsinə axın etdiyini və bunun təhsilimizə modern ruh və ovqatın gətirdiyini xüsusi qeyd edib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov paytaxtda fəaliyyət göstərən gənc müəllimlərlə ucqarlardakı həmkarları arasında qarşılıqlı fikir mübadiləsi, ortaq pedaqoji iş və layihələrin təhsilə verə biləcəyi töhfələrə toxunub.

 

Tədbirdə çıxış edən digər qonaqlar da müəllimlik peşəsinin keyfiyyətlərindən danışaraq, gənc müəllimlərə fəaliyyətlərində uğur diləyiblər.

 

Sonda “İlin gənc müəllimi” müsabiqəsində I yerin qalibi fizika müəllimi Elçin Abbasov, II yerin qalibi ibtidai sinif müəllimi Şahid Muradlı, III yerin qalibi ingilis dili müəllimi Elvin Bəkirov və digərləri pul mükafatı, təltifnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

 

Qeyd edək ki, “İlin gənc müəllimi” müsabiqəsi ikinci ildir ki, həyata keçirilir. Cari ildə təşkil edilən müsabiqə 23 aprel – 8 sentyabr tarixlərini əhatə edib. Ümumilikdə 3 mərhələdə keçirilən müsabiqədə müvafiq mərhələlər üzrə əvvəlcə 50, sonra 10 gənc müəllim mübarizə apararaq I,II və III yerlərin qalibi müəyyən edilib. Final mərhələsində Azedu.az-ın sorğu panelində yerləşdirilən elektron səsvermədə 504.385 nəfər iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib 18 Noyabr 2019, 11:16 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edir 18 Noyabr 2019, 11:14 Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Məktəblilərin “Ölkəmizi tanıyaq” aksiyasında növbəti səfər gerçəkləşdi 18 Noyabr 2019, 11:00 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34