Arxiv
6 Oktyabr 2019, 14:36 |
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbay­can Respub­likasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəm­lən­məsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni is­ti­fa­dəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd edib.

 

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək­daşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanıb.

 

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilib.

 

Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəs­təyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sər­hədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.

 

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Niza­məddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğur­lar arzulayıb.

 

Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəa­liy­yətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yemək­xana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib .

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02 Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı AÇIQLANDI 22 Yanvar 2020, 16:56 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR 22 Yanvar 2020, 16:50 Seçkiyə müdaxilə etmədiyinə görə işdən çıxarıldığı deyilən icra nümayəndəsi Modern.az-a DANIŞDI 22 Yanvar 2020, 16:43 Qaradağda məslunlaşmış məcburi köçkünlərdən Mahir Abbaszadəyə dəstək 22 Yanvar 2020, 16:36 Cavanşir Paşazadə Həzi Aslanovun ev muzeyində olub - FOTOLAR 22 Yanvar 2020, 16:30 İlham Əliyev: “Prezident Administrasiyasında yeni insanlar lazımdır”  22 Yanvar 2020, 16:24 Konstitusiya Məhkəməsinin sədrinin telefonu dinlənilir 22 Yanvar 2020, 16:17 “Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik” - Hikmət Hacıyev 22 Yanvar 2020, 16:10 Sabah bu marşrut xətti üzrə avtobuslar dəyişdiriləcək 22 Yanvar 2020, 16:03 Metroda və avtobuslarda cibgirlik edən şəxs SAXLANILDI 22 Yanvar 2020, 15:56 Azərbaycanda uşaqlara ən çox verilən ADLARYusif, Zəhra, Əli... 22 Yanvar 2020, 15:50 Putin: “Rusiyaya güclü prezident hakimiyyəti lazımdır” 22 Yanvar 2020, 15:44 İTV Eurovision-2020” üçün mahnı qəbulunu elan etdi 22 Yanvar 2020, 15:37 Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi 22 Yanvar 2020, 15:30 Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm” 22 Yanvar 2020, 15:23 Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK 22 Yanvar 2020, 15:17 Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - FOTOLAR 22 Yanvar 2020, 15:10 Azərbaycanda ölənlərin sayı azalıb 22 Yanvar 2020, 15:05 AFFA bir neçə futbolçunu cəzalandırdı 22 Yanvar 2020, 15:00 Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində 22 Yanvar 2020, 14:54 Oqtay Əsədov “Facebook”a gəldi  22 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Anar Məmmədovun  təşviqatı davam edir - FOTOLAR 22 Yanvar 2020, 14:41 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüşlər keçirib - FOTO 22 Yanvar 2020, 14:40 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 22 Yanvar 2020, 14:33 İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08 İranın daha bir komandiri öldürüldü 22 Yanvar 2020, 14:02
SORĞU Yeni parlamentdə kimlər olsun?