Modern.az

Tofiq Yaqublunun Milli Şuradakı aktivliyi Müsavatda narazılıq yaradıb?

Tofiq Yaqublunun Milli Şuradakı aktivliyi Müsavatda narazılıq yaradıb?

9 Oktyabr 2019, 12:45

Ötən gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib. Piketdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri ilə birlikdə 50-dək müxalifətçi iştirak edib. İştirakçıların arasında Milli Şuranın, eləcə də Müsavat Partiyasının Divan  üzvü Tofiq Yaqublu da var idi.

Maraqlıdır, Müsavat Parrtiyasının Tofiq Yaqublunun piketdə iştirak etməsinə münasibəti necə olub? Sosial şəbəkədə Müsavat başqanlığına namizəd olan Tofiq Yaqublunun AXCP sədri Əli Kərimliyə yaxınlaşmaqda ittiham edənlər var. Hətta idda olunur ki, Milli Şurada aktivlik göstərən Tofiq Yaqublu Əli Kərimlinin dsətəyi sayəsində Müsavat başqanlığına seçilmək istəyir.

Məsələ ilə bağlı Modern.az-a danışan Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, piketdə iştirak üçün üzvlərə sərbəstlik verilib:

“Hər hansı real müxalif qüvvələrinin keçirdiyi tədbirdə Müsavat Partiyasının üzvlərinin iştirakı sərbəstdir. Partiyanın bütün üzvləri kimi Tofiq Yaqubluya da bu məsələdə sərbəstlik verilib. Əgər kimsə digər partiyaların tədbirinə gedirsə, bunu ümumi müzakirəyə qoymuruq, normal hal hesab edirik. Tofiq Yaqublunun piketdə çıxış etməsi partiya daxilində heç bir narazılığa səbəb olmayıb”.

Xatırladaq ki, Müsavat Partiuyasının başqanı Arif Hacılı keçən il Tofiq Yaqublunu başqanının müavini vəzifəsindən azad edib. Vəzifədən uzaqlaşdırılmasına səbəb kimi isə onun Milli Şuradakı fəaliyyəti və müavin kimi öz işlərinə lazımi vaxt ayırmaması göstərilirdi...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir