Modern.az

Deputat: “Madrid prinsipləri Qarabağ məsələsini “ölü” nöqtədən tərpədə bilər”

Deputat: “Madrid prinsipləri Qarabağ məsələsini “ölü” nöqtədən tərpədə bilər”

9 Oktyabr 2019, 14:51

Madrid prinsipləri münaqişə tərəflərinə ATƏT-in Minsk qrupu tərəfindən 2007- ci ildə təklif olunub.

Madrid prinsipləri hazırkı zamana qədər olan sənədlər arasında ən etibarlısı hesab olunurdu. Amma hələ də nə Ermənistan, nə də Azərbaycan tərəfindən bu sənəd tam olaraq qəbul olunmayıb. Buna baxmayaraq, bu gün də Madrid təklifləri ətrafında danışıqlar Bakı və Yerevan arasında davam etidirilir.

 

Maraqlıdır, bu prinsiplərin tətbiq olunma ehtimalı var? Prinsiplərin tətbiq edilməsi Dağlıq qarabağ məsələsinin həlli üçün əsas rol oynaya bilər mi?

Mövzu ilə bağlı Modern.az-a danışan  Milli Məclisin deputatı Rasim Musabəyov deyir ki, Madrid prinsipləri əsasında irəli getmək mümkündür.

 

“Masa arxasındakı bütün layihələr arxivə verilib. Yeganə qalan Madrid prinsipləri əsasında olan layihədir. Söhbət o, layihə əsasında bütün məsələni bir dəfəlik həll edilib gündəlikdən çıxarılmasından getmir. Sadəcə Madrid prinsipləri imkan verir ki məsələ “ölü” nöqtədən tərpənsin. İndi təəssüf olsun ki, ermənilər inadkarlıq nümayiş etdirirlər. Sözdə dediklərinə görə, o prinsipləri qəbul edirlər. Lakin hər vəchlə vaxt udmağa çalışırlar. 1 ildir ki , bu layihə ilə bağlı konkret hə və ya yox deməkdən boyun qaçırırlar”.

 

Xatırladaq ki, Madrid prinsipləri 2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İspaniyanın paytaxtı Madrid şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə gündəmə gəlib. Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdirilməli, Ermənistan qoşunları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılmalıdır. Laçın və Kəlbəcər isə ikinci mərhələdə boşaldılmalıdır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra isə bölgənin statusu müəyyənləşdirilib, onadək bölgəyə müvəqqəti status verilməlidir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü