Modern.az

Türk ordusu Suriya ərazisində daxil oldu - “Sülh çeşməsi” əməliyyatı BAŞLANDI

Türk ordusu Suriya ərazisində daxil oldu - “Sülh çeşməsi” əməliyyatı BAŞLANDI

9 Oktyabr 2019, 17:29

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ordusunun Suriyada yeni hərbi əməliyyata başladığını elan edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatından sonra başlayan 3-cü hərbi əməliyyata “Sülh çeşməsi” adını verdiklərini vurğulayıb.

“Əməliyyat həm qurudan, həm də havadan aparılacaq”- deyə Türkiyə lideri bildirib. Döyüşlərin Türkiyə-Suriya sərhədində, Fərat çayının şərq sahilində aparılacağı məlumdur.

 

Türk ordusuna qarşı Suriya kürdlərinin YPG hərbi qruplaşmasının ciddi müqavimət göstərəcəyi gözlənilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü