Modern.az

Azərbaycan millisi qələbə qazandı

Azərbaycan millisi qələbə qazandı

9 Oktyabr 2019, 22:27

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

Modern.az xəbər verir ki,  Azərbaycan milli komandası Bəhreyn milli stadionunda Bəhreyn yığması ilə üz-üzə gəlib.

Oyun Azərbaycan milli komandasının  3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizdən Rüfət Dadaşov, Təmkin Xəlilzadə və Ramil Şeydayev fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir