Arxiv
10 Oktyabr 2019, 21:29 | İQTİSADİYYAT
OPEC neft hasilatını azaldıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin sentyabr ayında gündəlik hasilatın həcmini 1,318 milyon barel azaldaraq 28,5 milyon barelə endirib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında bildirilib.

Məlumata görə, azalma, əsasən, neft infrastrukturunun hücumlara məruz qalmış Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1,28 milyon barel azaldaraq 8,564 milyon barelə endirməsi ilə bağlıdır. Krallıq özü isə ötən ay hasilatı 600 min barel azaldaraq 9,129 milyon barelə endirdiyini bəyan edib.

Xatırladaq ki, avqustda Səudiyyə Ərəbistanında gündəlik hasilatın həcminin 118 min barel azaldılaraq 9,805 milyon barelə endirildiyi bildirilirdi.

Sentyabrda hasilatın həcmini İraq da 60 min barel azaldaraq öhdəlik götürdüyü 4,5 milyon barel əvəzinə, 4,7 milyon barel səviyyəsinə endirib. Nigeriyada isə hasilatın həcmi 16 min barel azaldılaraq 1,69 milyon barel əvəzinə, 1,86 milyon barelə endirilib. Bu iki ölkə OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası zamanı oktyabr ayında hasilatı azaltmaq öhdəliklərini 100 faiz yerinə yetirəcəklərini bildirmişdilər.

Hasilatı azaltmaqla bağlı razılaşmanın iştirakçısı olmayan Liviyada isə hasilat 104 min barel artırılıb. Venesuelada hasilat xarici mənbələrə görə, 82 min barel, rəsmi məlumata görə isə, 184 min barel azalıb. İranda isə sentyabrda hasilat 34 min barel azalıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09 “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır” - Gündüz İsmayılov 21 Fevral 2020, 20:03 "Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı 21 Fevral 2020, 20:00 Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb - FOTO 21 Fevral 2020, 19:54 Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU 21 Fevral 2020, 19:47 Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO 21 Fevral 2020, 19:40 "Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35