Modern.az

Bakı-Sumqayıt yolunda böyük tıxac - SƏBƏB

Bakı-Sumqayıt yolunda böyük tıxac - SƏBƏB

12 Oktyabr 2019, 20:31

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Modern.az  xəbər verir ki, tıxaca səbəb həmin avtomobil yolunda aparılan təmir işləri olub.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin verdiyi məlumata görə, 
Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb: "Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir