Arxiv
14 Oktyabr 2019, 09:44 | AKTUAL
İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.

 

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilib, vəziyyəti qənaətbəxşdir.

 

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

 

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, onun Tərtər rayo­n sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.

 

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27 Bir daha AŞBAZ sözünün yazılışı haqda 19 Noyabr 2019, 15:20 İbrahim Məmmədov: “Ayaz Mirzəyevlə əməkdaşlığa ümid edirəm!” 19 Noyabr 2019, 15:12 “Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” - I vitse-spiker 19 Noyabr 2019, 15:04 “Arif Hacılıya və Müsavat Partiyasına yazığım gəlir” - Rauf Arifoğlu 19 Noyabr 2019, 14:49 Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu 19 Noyabr 2019, 14:47 Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu 19 Noyabr 2019, 14:42 İcra başçısı sakinlərin problemləri ilə maraqlanıb - FOTO   19 Noyabr 2019, 14:36 İsgəndər Həmidov siyasətdən GETDİ 19 Noyabr 2019, 14:30 Azərbaycanda vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu 19 Noyabr 2019, 14:22 Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız 19 Noyabr 2019, 14:18 Benzinin doğurduğu alov: İran etirazların öhdəsindən gələ biləcək? 19 Noyabr 2019, 14:16 Azərbaycana daxili orqanında narkotik keçirmək istədi 19 Noyabr 2019, 14:13