Arxiv
14 Oktyabr 2019, 10:35 | AKTUAL
ADU-da “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) universitet, AMEA “Türkologiya” jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və Dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş bir sıra tədbirlərin həyata keçirildiyini xatırladıb. “Kitabi-Dədə Qorqud”un bütün türk xalqlarını birləşdirdiyini deyən akademik bu dastanın hazırda “Nibelunqlar nəğməsi”, Yunan, Şumer, Sanskrit dastanları ilə əlaqələndirildiyini, müqayisə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla, həmçinin Sovet-Türk kollokviumunun tarixindən, yaradılması prosesindən danışaraq xatirələrini bölüşüb.

Elmi yığıncaq iki hissədən ibarət olub. Sovet-Türk kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçirilib. Bu bölmədə Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mövzu ilə bağlı fikirlərini söyləyib, xatirələrini bölüşüblər.

“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunan iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə azərbaycanlı və türkiyəli alimlərin birgə iştirakıyla keçirilib. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əskər, türkiyəli professorlar  Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər çıxış ediblər. Çıxışçılar dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən biri, xalqımızın milli iftixar qaynağı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazmasının tapılması və tədqiqi tarixçəsi, təsviri, quruluşu, adı, dili, mövzusu və qayəsi, coğrafiyası barədə müzakirələr aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edilib 19 Noyabr 2019, 19:45 Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi... 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50