Modern.az

“Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun” - Rüstəm Xəlilov

“Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun” - Rüstəm Xəlilov

14 Oktyabr 2019, 14:41

“Bugünlərdə Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev tarixi çıxış edib. Bu çıxış bir daha onu göstərdi ki, Ermənistan heç zaman Qarabağa iddia edə bilməz”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib.

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Qarabağa gedərkən “Qarabağ Ermənistandır və nöqtə” sözlərini işlətdiyini deyən deputatın fikrincə, əslində Paşinyanın əsassız ifadə işlətməsi onu labirintə saldı:


“Cənab Prezident işğalçı dövlətin Baş nazirinin etmiş olduğu çıxışı sözbəsöz ifşa etdi. Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun. Əgər o dövlət idarəçiliyini bacarasaydı, nöqtədən sonra nida gəlir. Hansı ki, nida əminlikdir, hədədir, gücdür. Cənab prezidentin  “Qarabağ Azərbaycandır” deməsinin çox mənaları var.  Bu həm beynəlxalq təşkilatlara Azərbaycan xalqının səbrinin tükənməsi, danışıqlar prosesinin tükəndiyi, həm də ATƏT-in həmsədrlik institutunun iflası deməkdir. Bu, xalqımızın səfərbər olunmağın vaxtının çatdığını ifadə edən fikirlərdir. Hətta cənab Prezident Rusiya ərazisində ATƏT-in Minsk qrupu həmsədrlərinin də fəaliyyətinin ikili standartlardan ibarət olduğunu deyib”.


Rüstəm Xəlilov qeyd edib ki, “Qarabağ Azərbaycandır” hərəkatına hər kəs qoşulmalıdır:


“Hesab edirəm ki, hər bir azərbaycanlı bu yola çıxmağa hazırdır. Cəmiyyət olaraq hər birimiz bu hərəkat ətrafında birləşməliyik. Bu birlik həm də bir toplumun bir araya gəlməsi, cənab Prezidentin ətrafında sıx birləşməsi deməkdir”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı