Modern.az

Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir”

Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir”

15 Oktyabr 2019, 18:43

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün Bakıda keçirilməsi bu ölkələrin əməkdaşlığı cəhətdən tarixi əhəmiyyətə malikdir”.

 

Bu barədə Modern.az-a deputat Tahir Rzayev danışıb. O qeyd edib ki, görüşdə Qazaxıstanın birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan respublikasının prezidentlərinin, Macarıstanın baş nazirinin iştirakı tədbirin əhəmiyyətini və bu xalqların birliyi bir daha nümayiş etdirdi:

“Çünki türkdilli dövlətlərin bir araya gəlməsi, dünyada baş verən proseslərə eyni mövqedən yanaşması, qarşılıqlı əməkdaşlığı genişləndirməyə, münasibətləri möhkəmləndirməyə yönəldilməsi bu xalqların firavanlığı, əmin-amanlığı üçün çox vacibdir. Dünyada qarşıdurmaların, ziddiyyətlərin baş alıb getdiyi, müstəqilliyi qazanmış ölkələrin inkişafına əngəl yaradıldığı , ikili standartlara yol verildiyi dövrdə türkdilli dövlətlərin birlik olması, bir-birlərini müdafiə etməsi onların təhlükəsizliyi üçün zəmanətdir. Bu baxımdan türkdilli dövlətlərin rəhbərlərinin görüşü təqdirəlayiqdir. Gələcəkdə bu görüşlərin əhatə dairəsi genişləndirilməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü