Modern.az

Ərdoğan iclasda Qarabağı misal gətirdi

Ərdoğan iclasda Qarabağı misal gətirdi

16 Oktyabr 2019, 14:40

“Türkiyə əleyhinə kampaniyada ən çox istifadə olunan arqumentlərdən biri də budur – mülki vətəndaşlar qətlə yetirilir”

 

Modern.az xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

O, Fransa Prezidenti Emmanuel Makrona Ruandada, Əlcəzairdə törədilən qətliamlar barədə xatırlatma verdiyini bildirib.

“Makrona dedim ki, Ruandada, Əlcəzairdə insanlar qətlə yetirən siz deyildiniz?.. İndi isə Suriya məsələsində utanmadan bizi mülki vətəndaşları qətlə yetirməkdə ittiham edənlərə bunu deyirəm”.

 

Ərdoğan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Mülki vətəndaşların qətliamı görmək istəsəniz, Suriyada Türkiyənin ayaq basmadığı yerlərə, Əfqanıstana, Qarabağa baxın. Sivillərin qətliamını görmək istəsəniz, aynanın qarşısına keçib tarix boyunca əlinizə bulaşmış günahsız qanlarına baxın”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir