Arxiv
19 Oktyabr 2019, 14:11 | AKTUAL
Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər”

Son zamanlarda cəmiyyətdə qadınlarla yanaşı, kişilərdə estetik gözəllik vasitələrindən, manikür və pedikürdən, üz üçün xüsusi vasitələrdən aktiv istifadə edir. Bu tendensiya müasirlikdir, yoxsa zamanın tələbi?

 

“İndi belə hallar çoxdur. Hamı özün xaricilərə oxşatmağa çalışır. Hansısa bir cinsi  məlum olmayan fransıza, ingilisə özünü niyə oxşadırsan ki? Elə öz qəhrəman kişilərimizə oxşat da”.

 

Bu emosional açıqlamanı məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a söyləyib. Onun fikrincə, həyəcan təbili çalmağın vaxtıdır.

 

“Mən bir sosioloq olaraq bu məsələlərə çox həssas yanaşıram. Həyəcan təbili çalmaq lazımdır ki, ölkədə kişilik simvoluna zərər vuran gənclərimizin sayı artır. Hər bir xalqın inkişafında əsas yerlərdən biri onun mədəniyyəti təşkil edir. Bizim indiyə qədər topla, tüfənglə çıxış etdiyimiz müharibələr, indiki vəziyyətdə köhnəlib. Hətta bu məsələ ilə bağlı mənim bir şeirim də var. Düşmənlər qabaq top- tüfənglə gəlirdilər, indi isə nərmə- nazik oğlanla, qızla  gəlirlər. Bir ölkəni məhv etmək istəyirsənsə, onun mədəniyyətini dağıtmaq kifayətdir”.

 

Sosioloq kişilərin lazer epilyasiyasından istifadə etməsini, saç boyamasını və qaş qaldırmasını faciə adlandırıb:

“Bu məsələlərdə mən susa bilmirəm. Hətta çalışıram ki, ən müasir tələblərlə bu məsələlərə diqqət edim. Bizim xalqın mədəniyyət sistemi kişilik kompleksi üzərində qurulub. İndiki kişilər isə lazer epilyasiyasına, qadın kimi qaş aldırmağa, saç boyamağa daha çox maraq göstərirlər. Onlara maraqlı deyil müharibə nədi, qəhrəman nədi, təki baxımlı görsənim qızların diqqətin cəlb edim. Bunların hamısı xalqımızın qazandığı o kişilik kompleksinə zərbə vurur. Bu kişilik kompleksi dağılandan sonra, Azərbaycan mədəniyyəti də dağılıb məhv olacaq. Bu məsələlərlə mübarizə aparmaq lazımdır. Ancaq təəssüf ki, məsələyə dırnaq arası baxırlar. İstər nazirlik olsun, istərsə də millət vəkilləri heç biri belə məsələlərə ciddi baxmırlar. İndi efirləri qadınlara oxşar kişilər bəzəyir. Qadın paltarı geyib, hətta qadına xas hərəkətlər edən gəncliyimizdən nə gözləyək? Ona baxan uşaq  nə örnək götürsün? Təbii ki, özün belələrinə oxşatmağa çalışacaq. Şit-şit hərəkətlər edib gah arxasını, gah da qabağını göstərirlər. Belə kişiciklərə nə deyəsən? Düşmənlər də görüb sevinir ki, Azərbaycan kişisinin xarakterinə baxın. Hətta tələbələrimə dərsdə bu kimi məsələləri danışanda ki, kişi qadın kimi hərəkət edir, paltar geyir deyirlər nolacaq ki, müasirlikdi. İndi heç əvvəlki o zəhimli Cahandar  ağa obrazını yaradan  filmlərə də da rast gəlmirik. Hamısı klon kimi düşür ortalığa guya obraz yaradır. İnandırım sizi mən əsəbimdən baxa bilmirəm, kanalı dəyişirəm. Hər şey keçmişdə qaldı , indiki ağılla biz ancaq irəliyə yox, uçuruma gedə bilərik”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19 BMU-da beynəlxalq seminar keçirilir 21 Noyabr 2019, 15:15 BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2 21 Noyabr 2019, 15:11 İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub 21 Noyabr 2019, 14:58 “Rus xalqının hissiyyatına toxunan birindən nə gözləmək olar?” - XİN-dən Zatulinə CAVAB 21 Noyabr 2019, 14:50 Prezident Sumqayıtda açılışlar etdi 21 Noyabr 2019, 14:42 İlham Əliyev Sumqayıta gedib 21 Noyabr 2019, 14:23 Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA 21 Noyabr 2019, 14:12