Arxiv
19 Oktyabr 2019, 20:22 | AKTUAL
Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı

"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Hər halda futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".

Modern.az  "Report"a  istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis oyuna aqressiv başlamamalarından şikayətlənib: "İlk dəqiqələrdən diqqətsiz oynadıq. Cərimə meydançamıza girməyə diqqətsiz qaldıq. Narazı qalmağımız istədiyimiz templə başlamamağımız oldu. Elə oyunlar var ki, futbolçuları qınamaq mümkün olmur. Uzun müddət qələbə seriyası yaxalayan komanda elə gözlənilməz anda xal itirir. Oyunçu nə qədər özünü motivasiya etsə də, daxili arxayınlıq onu matça kökləməyə mane olur. Bəzən belə xal itkilərinin də komandaya qələbədən çox xeyri olur".

Q.Qurbanov yüksək sürətlə avtomobil idarə etməsini sosial şəbəkədə paylaşdığı üçün Araz Abdullayevi cəzalandırdığını bildirib: "Bu barədə geniş açıqlama verməyə ehtiyac yoxdur. Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstirahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardandır. Dünyada da heç nədən problemlər yaradan futbolçular var. İstərdim ki, biz futbol oynadığımız dönəmdə daha çox futbolu düşünək".

Baş məşqçi oktyabrın 24-də Bakıda Kipr APOEL-i ilə keçirəcəkləri matça son oyun prizmasından yanaşmamalarının gərəkliliyini diqqətə çatdırıb.

Onun fikrincə, belə yanaşma ilə problem yaşaya bilərlər: "Düdelanj"la oyundan əvvəl də demişdim ki, hər şey son turda bilinəcək. Matça daha düzgün yanaşmalı və düzgün oyun qurmalıyıq".

Təcrübəli mütəxəssis zədəli Mahi Emrelinin durumundakı irəliləyişlərdən də danışıb: "Mahirin vəziyyəti yaxşılığa doğru gedir. Ötən gün topla azacıq da məşq etdi. Ən azı sonradan oyuna daxil olma ehtimalı var".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33 Müdafiə Nazirliyindən Vahid Əhmədova CAVAB - Yalan danışmaq deputata yaraşmaz 31 May 2020, 14:30 Qarabağ dünyaya yox, Azərbaycana lazımdır 31 May 2020, 14:23 İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi 31 May 2020, 14:16 Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ 31 May 2020, 14:10 Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur 31 May 2020, 14:04 Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlandı 31 May 2020, 13:58 İrşad Electornics-dən ““HONOR”LA YAŞA!” kampaniyası 31 May 2020, 13:52 Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı 31 May 2020, 13:46 Saatlıda çətənə yetişdirən şəxs tutuldu - FOTO 31 May 2020, 13:40 Şəki şəhərin mərkəzində dolaşan ayı tutuldu - FOTO 31 May 2020, 13:34 Tailand Kralı İlham Əliyevi təbrik etdi 31 May 2020, 13:28 İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ 31 May 2020, 13:22 Müdafiə Nazirliyi: “Silah gücü düşmənlə danışılacaq yeganə dildir” 31 May 2020, 13:16 İcra başçısı yaylaqada çobanlarla görüşdü - FOTO 31 May 2020, 13:10 Azərbaycanda çay tullantılardan təmizləndi - FOTO 31 May 2020, 13:05 Azərbaycanda daha bir məmur həbs olundu   31 May 2020, 13:00 Deputatdan Müdafiə nazirinə sərt TƏNQİD 31 May 2020, 12:57 “Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov 31 May 2020, 12:52 Jurnalistlər binasında koronavirus aşkarlandı 31 May 2020, 12:47 Qarabağda koronavirusa yoluxanların sayı artdı 31 May 2020, 12:42 Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu 31 May 2020, 12:36 Deputat ABŞ prezidentinin təklifini dəstəklədi 31 May 2020, 12:30 Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...”  31 May 2020, 12:25 Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI 31 May 2020, 12:19 Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi 31 May 2020, 12:18 Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 31 May 2020, 12:16 “Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur” 31 May 2020, 12:14