Modern.az

BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib

BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib

Aktual

22 Oktyabr 2019, 11:12

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, dos. Rakib Əfəndiyev İngiltərə krallığının Keele Universitetində “Erasmus + Staff Mobility for Teaching Grant” layihəsi çərçivəsində elmi ezamiyyətdə olub.

 

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a daxil olam məlumatda bildirilir ki, səfər zamanı “Computing and Mathematics” bölümünün professoru Julius Kaplunov, Dr. Danila Prikazchikov, Dr. Goksel Misirli ilə elmi ideyaların müzakirəsi aparılıb. Eyni zamanda, bölümün Ph.D tələbələri üçün “Inverse spectral wave equation with discontinuous wave speed” mövzusunda mühazirələr keçirilib.

 

R.Əfəndiyev keçirdiyi görüşlərdə BMU ilə Keele Universiteti arasında gələcək əməkdaşlıq istiqamətlərini də müzakirə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?