Arxiv
22 Oktyabr 2019, 12:39 | AKTUAL
Nazir: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Çində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 22-də Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, nazir V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib. O, ÇXR Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkan yaratdığını deyib. V.Fenxe Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.

 

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib.

 

V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

 

Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır.

 

Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

 

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

 

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14