Arxiv
22 Oktyabr 2019, 12:58 | DÜNYA
“Əks halda biz öz işimizə davam edəcəyik” - Müdafiə naziri ABŞ-la razılaşmadan DANIŞDI

“Türkiyə uzun zamandır terrorizmdən əziyyət çəkir. Hər fürsətdə dostlarımıza bildiririk ki, PKK-nın Suriyadakı qollarının dəstəklənməsinin nə qədər təhlükəlidir. Bəzi müttəfiqlərimiz YPG-ni dəstəkləməyə başladılar ki, bu bizim üçün PKK ilə eynidir. Ona görə də burada riskə baxacaq olsaq, bir terrorçu təhdidini məhv etməyə çalışırsınızsa, onun birə bir eynisi olan başqa bir terrorçu təhdidini də eyni şəkildə yox etməyiniz lazımdır".

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

 

Nazir deyib ki, Türkiyənin müttəfiqləri PKK-nı terror təşkilatı kimi tanısalar da, ancaq ancaq hazırda həmin müttəfiqlər arasında YPG-ni terrorçu hesab etməyənlər var.

 

“Bəzi müttəfiqlərimizdən YPG-yə çox maddi dəstək verildiyini görürük.

YPG-yə verilən hər bir silah, PKK əli ilə bizə qarşı istifadə edilir. Bu da təbii ki, yerli əhali üzərində mənfi təsirə səbəb olur. Burada zorla yer dəyişdirmə və miqrasiya olur. İnsanların və uşaqların həyatını itirməsi kimi bəzi pis nəticələr doğurur. Bu aksiyaların mütləq dəyişməsi lazımdır. Çünki Türkiyəyə kütləvi bir köç var və buradakı demoqrafik quruluş da dəyişmə riski altındadır".

 

Akar bildirib ki, Türkiyənin Suriyada apardığı “Barış pınarı” hərəkatında məqsəd bu regionda etibarlı bir bölgə yaratmaq, Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırmaqdır: “

 

"Bizim yeganə hədəfimiz sərhədlərimizi qorumaq, buradakı terror dəhlizini yox etmək, eyni zamanda DAEŞ (İŞİD), PKK, YPG və digər bütün terrorçu qrupların aradan qaldırılmasıdır. Həmçinin Suriyada təhlükəsiz bir bölgə yaratmaq istəyirik.

 

Ən başından bəri öhdəliyimizi təzələmişik. Demişdik ki, biz vətəndaşları, dini və etnik qrupları da prioritet kimi qoruyacağıq. Suriyada PKK və YPG fəal olmağa başladıqdan sonra bu bölgə və ölkədə də təəssüf ki ki sülhün olmadığı ortaya çıxmışdır. PKK və YPG, heç bir şəkildə kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməzlər. Bu insanlar müsəlmanların dəvətini də həyata keçirmirlər. Son günlərdə gördük ki 9 aylıq bir körpə faciəli şəkildə öldürüldü. YPG və PKK terrorçularının hücumları nəticəsində 181 suriyalı yaralanıb”.

 

Türkiyə və ABŞ-ın 4 gün əvvəl bir müqavilə imzaladığını xatırladan  Milli Müdafiə naziri məqsədin “Barış pınarı” Hərəkatının 120 saatlığa dayandırılması olduğunu bildirib.

 

YPG və PKK-nın etibarlı bölgədən çəkiləcəyini, YPG və PKK-nın sahib olduğu ağır silahları təslim edəcəyini, öz döyüş yerlərini tərk etmələrinin gözləndiyini ifadə edən H.Akar bu müqavilələrin həyata keçirilməsinin son dərəcə həlledici və əhəmiyyətli olduğunu, yaxından təqib etdiklərini qeyd edib.

 

Nazir əgər çəkilmə vaxtında başa çatarsa, əməliyyatın dayandırılacağını bildirib.

 

“Əks halda biz öz işimizə davam edəcəyik. Bu arada 200-ə qədər DAEŞ üzvü də nəzarətə alınıb. Bununla yanaşı, “Fərat Qalxanı” Hərəkatında 3000-dən çox DEAŞ terrorçusu da zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri, DEAŞ-a qarşı əlbəyaxa savaşan tək koalisiya ordusudur. Nə vaxt və harada görsək onları təsirsiz hala gətirmək bizim əsas vəzifəmizdir".

 

Türkiyənin ABŞ ilə sarsılmaz bir bağı olduğuna toxunan “ümid edirik ki, ABŞ ilə müttəfiqliyimiz pozulmadan davam edəcək" deyib.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın nümayəndəsi Ata Abdullayevdən DANIŞDI 21 Noyabr 2019, 13:20 Nazir müavini: “Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub”  21 Noyabr 2019, 13:15 Nazirlikdən hava xəbərdarlığı - 11-16 dərəcə şaxta olacaq   21 Noyabr 2019, 13:00 Orta məktəblərin yalnız 64 faizində psixoloq var  - NAZİRLİK 21 Noyabr 2019, 12:53 Bələdiyyə sədri həbs edildi 21 Noyabr 2019, 12:47 İcra başçısı özünə 250 minlik avtomobil aldı - FOTO 21 Noyabr 2019, 12:40 Nazirlik “Gilan Holding”i məhkəməyə verdi 21 Noyabr 2019, 12:34 “Partiyamızın ömrü uzun olacaq” - YAP-ın icra katibi 21 Noyabr 2019, 12:27 Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxıb 21 Noyabr 2019, 12:20 Binəqədidə YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub - FOTOLAR 21 Noyabr 2019, 12:13 Yol polisi sürücülərə müraciət etdi 21 Noyabr 2019, 12:06 Bakıda professor evində ölü tapıldı 21 Noyabr 2019, 11:58 Sarkisyan hakimiyyəti Paşinyana verməsindən PEŞMANDI: “Məni qınıyırlar ki...” 21 Noyabr 2019, 11:48 Məzunlar Azərbaycanı ABŞ-da uğurla təmsil edib 21 Noyabr 2019, 11:47 Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək 21 Noyabr 2019, 11:46  “Azərenerji” yeni sistem yaradır - VİDEO   21 Noyabr 2019, 11:43 “Bu yenilik QHT-Hökumət əməkdaşlığını və dialoqu daha da gücləndirəcək” - Azay Quliyev 21 Noyabr 2019, 11:35 Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!” 21 Noyabr 2019, 11:26 Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək? 21 Noyabr 2019, 11:25 ATƏT sədri Azərbaycana gəlir 21 Noyabr 2019, 11:20 “Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar” - Elmira Süleymanova 21 Noyabr 2019, 11:12 “Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov 21 Noyabr 2019, 11:08 SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi 21 Noyabr 2019, 11:06 Şəhid adından istifadə edən dələduz AXTARILIR 21 Noyabr 2019, 11:00 “Paşinyana yaxşı suallar hazırlamışdıq” - Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB 21 Noyabr 2019, 10:56 Ermənilərə qarşı mübariz, müəmmalı şəkildə ölən hüquqşünas - DOSYE 21 Noyabr 2019, 10:40 Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı 21 Noyabr 2019, 10:30 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO 21 Noyabr 2019, 10:25 Bakıda bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 10:22 Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükür edin” 21 Noyabr 2019, 09:47