Modern.az

Azərbaycanda salınan yeni yollar - Biri Ağsu aşırımından keçəcək

Azərbaycanda salınan yeni yollar - Biri Ağsu aşırımından keçəcək

Aktual

23 Oktyabr 2019, 08:21

Azərbaycanda hazırda yeni salınan yollarla bağlı məlumat açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir neçə yol layihəsinin tikintisi aparılır:

“Layihələrin reallaşdırılması zamanı dövlət başçısının tapşırıqları nəzərə alınıb. Belə ki, ölkə başçısının fərmanı ilə “Strateji yol xəritəsi” hazırlanıb. Xəritədə “Tik, işlə, təhvil ver” modeli öz əksini tapıb. Həmin model əsasında özəl sektorlar tərəfindən investisiya qoyuluşu mümkündür. Hər hansı yerli və ya xarici şirkət invesitisya qoyuluşu hesabına yeni yol tikə, yaxud mövcud olanı genişləndirə, yenidən qura bilər. İnvestisiya qoyur, tikir, işlədir, sahibkar oradan öz gəlirini götürdükdən sonra layihəni hazır şəkildə dövlətə təhvil verir. Bundan sonra həmin yol layihəsi dövlət tərəfindən idarə olunmağa başlayır”.

 

A.Nəcəfli qeyd edib ki, hazırda bir neçə tamamilə yeni olan yolların inşası davam etdirilir:

“Biz bununla bağlı 3 təklif vermişdik. Həmin təklifə əsasən, birinci növbədə respublika əhəmiyyətli Tağıyev-Sahil avtomobil yolunun 4 zolağa genişləndirilməsi nəzərdə tutulub. Bu yol alternativ olaraq istifadə olunur. İkinci, texniki dərəcəli Quba- Şamaxı avtomobil yolunun tikintisi layihəsidir. Bu, Şamaxıdan birbaşa Qubaya gedəcək qısa və yeni bir yol olacaq. Ağsu aşırımından keçməsi şərtilə Şamaxı-Ağsu hissəsinin tikintisi layihəsidir. Əgər özəl investorlar olarsa, həmin yolu inşa edib ödənişli əsaslarla istifadə edib dövlətə təhvil verə bilərlər.

Qeyd etdiyim layihələr ümumiyyətlə yol olmayan əraziləri əhatə edir. Bundan başqa, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi davam etdirilir. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu layihəsi üçün sahiblərinə kompensasiya ödənilməklə torpaq sahələri alınır. İşlər əsaslı şəkildə həyata keçirilir. Daha bir yeni yol Gəncə-Qazax-Gürcüstan sərhədi istiqamətində inşa olunur. Burada tamamilə yaşayış massivlərindən kənar keçməklə magistralın tikintisi nəzərdə tutulur. İşlər yeni yol trasası üzrə aparılır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü