Modern.az

Halal olsun, Qənirə xanım!

Halal olsun, Qənirə xanım!

Aktual

23 Oktyabr 2019, 12:44

Xalqımızın sevimli övladı, həyatını öz xalqının xoş güzəranı, daha da yaxşılaşmasına, öz Vətəninin daha da inkişaf etməsinə, xalqlar arasında münasibət və dostluğun möhkəmləndirilməsinə bağlamış bu cəsur övlad öz fəaliyyəti ilə bütün dünyada, xüsusən qardaş Türkiyədə hamılıqla tanınıb. Onun gördüyü işləri sadalamaqla bitən deyil – birdir, ikdir, mindir və bunun müqabilində müntəzəm olaraq yüksək mükafatlara layiq görülüb.


Bu günlərdə həmkarımın təltif edildiyi yeni mükafatdan hədsiz sevinc və gürür duydum. Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyənin “Hukuk ve Demokrasi Kurumu” Dərnəyinin "Bülent Yurt Hukuk ve Demokrasi Ödülü" mükafatına sahib olub. İldə bir dəfə təşkil olunan mükafat adi bir ödül deyildir, çox böyük nüfuzlu adamlar təltif olunur bu dəyərlə.


Halal olsun, Qənirə xanım! …..


Gecəli – gündüzlü axtarışdasan, bu gün burada – sabah haralarda! İnsanda nə qədər vətən, xalq sevgisi olarmış! Sən qələm sahiblərinin əsl qəhrəmanısan!  Xalqın qəhrəmanısan! Halalın olsun, şirin övladımız! İnanırıq ki, belə mükafatların sayı getdikcə artacaq, siz gözümüzdə ən əziz olacaqsınız.


Uğurlar, uğurlar, uğurlar!!!


P.S. Ürəyim doludur. Sənin haqqında səhifələrlə yaza bilərəm. Elə düşünürəm ki, bu yığcam yazıyla ürəyimi boşaltdım. Axı, çox yazılıb, çox deyilib, hələ illər uzunu sən qəlblərin hərarəti ilə isinəcəksən!

Mülatif Adurov

Azərbaycan Prezidentinin

fərdi təqaüdçüsü, veteran telejurnalist

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır