Modern.az

İtkin düşmüş balıqçının axtarışları davam etdirilir  

İtkin düşmüş balıqçının axtarışları davam etdirilir  

23 Oktyabr 2019, 14:44

Balıq tutmaq məqsədilə Bakı şəhərinin Pirallahı rayonundan dənizə çıxan və itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, hazırda nazirliyin Aviasiya dəstəsinin bir helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı