Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkələrdə yaşlı vəzifə sahibləri əleyhinə yazılanlara özünəməxsus tərzdə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, 67 yaşlı səfir bildirib:
“Bir az da klassikanı oxuyun:
"Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi əlbəttə, yüz oğlana dəyər".
Tarixi qaynaqlara inansaq, təxminən 85-90 yaşlı Molla Vəli Vidadi 75-80 yaşlı "gənc dostu" Molla Pənah Vaqifdən daha güclü və enerjili olduğunu iddia edərək, məşhur deyişmədə belə demişdi!”.