Arxiv
27 Oktyabr 2019, 11:20 | HADİSƏ
Azərbaycanda saatlar insanları çaşdırdı  

Bu gün insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.

Məsələ burasındadır ki, 2016-cı ilədək oktyabrın sonuncu bazar günü ölkə ərazisində qış vaxtına keçid reallaşdırılırdı. Smartfonların saatı avtomatik olaraq 1 saat geri çəkməsi də bununla əlaqaədar olub.

Modern.az
xatırladır ki,  Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki, Azərbaycan qış vaxtına keçid ləğv olunub.

Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat geri  çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb.

Nəticədə kimisi yatıb qalaraq işə, kimisi səfərə çıxmağa, başqa biri hansısa mənzil başına gecikib.

Belə hadisələr bu ilin martında da yaşanmışdı...

Mütəxəssislər bildirir ki, bu, bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.

Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.

Qeyd edək ki, 2016-cı ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Əqrəblərin irəli və geri çəkilməsi hər il mart və oktyabr aylarının sonuncu bazar günü həyata keçirlirdi.

Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək, bu təcrübədən istifadə etməkdən imtina edib.


Azərbaycandan fərqli olaraq, bu gün bəzi ölkələrdə qış vaxtına keçid həyata keçirilib.



A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18