Arxiv
27 Oktyabr 2019, 12:03 | DİASPOR
Helsinkidə Azərbaycan mədəniyyət günü keçirilib - FOTO

Finlandiyanın paytaxtı Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ladən Zahidova, rus və türk diaspor nümayəndələri, Helsinkidəki diplomatik korpusun təmsilçiləri, İsveçdəki, Estoniyadakı Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə Ülviyyə Cabbarova çıxış edərək bu tədbirin keçirilməsi ilə qarşıya qoyulmuş məqsəd haqqında məlumat verib. O, Azərbaycanın keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verib. Bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyə yenidən qovuşduğunu vurğulayan diaspor fəalı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında da ətraflı məlumat verib.

 

Azərbaycanın zəngin mədəni irsinin olduğunu vurğulayan Ü.Cabbarova bu irsin qorunub saxlanılması və təbliği üçün Azərbaycan dövlətinin yürütdüyü siyasət haqqında geniş məlumat verib. Diaspor təşkilatının rəhbəri ölkəmizin mədəni özünəməxsusluğu və bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələr barədə də danışıb.

 

Azərbaycanın İsveçdə və eyni zamanda Finlandiyadakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Diplomat bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq bu gün həqiqətən də Azərbaycanla Finlandiya arasında dostluq körpüsü yaradılmasının şahidi olduğunu qeyd edib. Günəş Rüstəmzadə bildirib ki, belə bir tədbiri keçirməklə Ü.Cabbarova virtual körpü yaradaraq iştirakçıları Azərbaycana aparır və ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış edir. Müvəqqəti işlər vəkili deyib: “Burada bu gün Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verildi. Mən də fürsətdən istifadə edərək, işğal altındakı torpaqlarımızın tezliklə erməni işğalından azad olunmasını, yaxın gələcəkdə Ü.Cabbarovanın təşkilatçılığı ilə soyuq Helsinkidən isti Azərbaycanın əzəli torpağı Qarabağımıza gedərək belə tədbirlərin orada keçirilməsini arzulayıram”.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ladən Zahidova çıxış edərək Ü.Cabbarovanın diaspor fəalı kimi gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Helsinkidə belə bir önəmli tədbirin keçirilməsi əlamətdar hadisədir. Bu tədbir bir daha sübut edir ki, azərbaycanlılar yaşadıqları ölkələrdən asılı olmayaraq öz ana vətənlərini unutmur, onun tarixi keçmişini, mədəniyyətini qoruyub saxlayır və yaşadırlar.

 

Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib. Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert olub. Qarabağ Azərbaycandır, eləcə də Azərbaycan xalçaları və Azərbaycan şərabları stendlərinin təqdim edildiyi tədbirdə tanınmış fotoqraf Etibar Cəfərovun "Azərbaycanın rəngləri" adlı fotosərgisi də nümayiş olunub.

 

Azərbaycandan Finlandiyaya gəlmiş incəsənət ustaları Rəvanə Qurbanova, Rövşən Qurbanov və Ceyhun Muradovun ifalarında səsləndirilən muğamlarımız tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin peşəkar milli rəqs ifaçıları Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun rəqs nümunələri təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qida zəhərlənməsi qan qusmağa səbəb olmur - Tələbələrlə bağlı MÜƏMMA 23 Noyabr 2019, 04:26 İranda 100-dək etirazçı lider həbs edilib - Onlar edam oluna bilər 23 Noyabr 2019, 04:05 Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL 23 Noyabr 2019, 03:35 Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı 23 Noyabr 2019, 03:06 İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI 23 Noyabr 2019, 02:54 Mehriban Əliyeva Valentina Matviyenko ilə şam yeməyində - FOTOLAR 23 Noyabr 2019, 02:24 Türkiyədə bir ilk - Qadın futbol klubunun prezidenti seçildi 23 Noyabr 2019, 02:22 "Qalatasaray” öz meydanında “Başakşəhər”ə uduzdu 23 Noyabr 2019, 02:17 Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqalı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Vladimir Putin Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21