Arxiv
29 Oktyabr 2019, 18:02 | HADİSƏ
Qayıqda baş verən partlayışa görə CİNAYƏT İŞİ açıldı

Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat etmiş, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

 

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

 

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin: “Rusiyaya güclü prezident hakimiyyəti lazımdır” 22 Yanvar 2020, 15:46 İTV Eurovision-2020” üçün mahnı qəbulunu elan etdi 22 Yanvar 2020, 15:45 Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi 22 Yanvar 2020, 15:30 Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm” 22 Yanvar 2020, 15:23 Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK 22 Yanvar 2020, 15:17 Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - FOTOLAR 22 Yanvar 2020, 15:10 Azərbaycanda ölənlərin sayı azalıb 22 Yanvar 2020, 15:05 AFFA bir neçə futbolçunu cəzalandırdı 22 Yanvar 2020, 15:00 Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində 22 Yanvar 2020, 14:54 Oqtay Əsədov “Facebook”a gəldi  22 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Anar Məmmədovun  təşviqatı davam edir - FOTOLAR 22 Yanvar 2020, 14:41 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüşlər keçirib - FOTO 22 Yanvar 2020, 14:40 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 22 Yanvar 2020, 14:33 İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08 İranın daha bir komandiri öldürüldü 22 Yanvar 2020, 14:02 UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO 22 Yanvar 2020, 13:56 Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə 22 Yanvar 2020, 13:50 Ziyafət Əsgərov Astarada seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 13:44 Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 13:40 Deputatlığa namizəd Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını Vətən tarixi təşkil edir 22 Yanvar 2020, 13:37 AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir 22 Yanvar 2020, 13:36 Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT 22 Yanvar 2020, 13:30 Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçiriləcək 22 Yanvar 2020, 13:24 Sabahın hava proqnozu AÇIQLANDI 22 Yanvar 2020, 13:17 Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU 22 Yanvar 2020, 13:12 9659 fermerin torpaq sənədləri peykdən yoxlandı 22 Yanvar 2020, 13:06 Dadaş Dadaşlinskinin müsahibələrindən maraqlı anlar – I HİSSƏ - VİDEO 22 Yanvar 2020, 13:00 Məntəqəyə girən seçicinin telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur 22 Yanvar 2020, 12:50 Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar 22 Yanvar 2020, 12:43 Ermənistanda “qanuni oğru”lara qarşı qanun qəbul olundu 22 Yanvar 2020, 12:36 Bakıda daha bir metrostansiya tikilir - hazırlıqlar başladı 22 Yanvar 2020, 12:30
SORĞU Yeni parlamentdə kimlər olsun?