Modern.az

Avtovağzaldan kənar sərnişin daşımaları davam edir, DANX isə “Bizə aidiyyatı yoxdur” deyir

Avtovağzaldan kənar sərnişin daşımaları davam edir, DANX isə “Bizə aidiyyatı yoxdur” deyir

5 Noyabr 2019, 12:43

Uzun fasilədən sonra oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətində Almaniyanın “MAN” şirkətinə məxsus iri tutumlu “Neoplan” avtobusları ilə ilk gecə reysləri xidmətə başlayıb.

Həmin vaxt Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Modern.az-a bildirmişdi ki, qanuni gecə reysləri avtomatik olaraq qeyri-qanuni daşımaların qarşısını alacaq. Amma hələ də paytaxtdan bölgələrə qeyri-qanuni daşımanı həyata keçirən avtobuslar fəaliyyət göstərir. Özü də yalnız avtovağzaldan deyil, şəhərin müxtəlif nöqtələrindən sərnişin yığıb yola çıxanlar var...

 

Məsələ ilə bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova Modern.az-a yeni açıqlama verib. O bildirib ki, gecə qanuni reysləri gecə qeyri-qanuni resylərinin qarşısını artıq qismən də olsa alıb:

 

“Nəzərə almaq lazımdır ki, biz yeni avtobusları məhdud istiqamətlərdə xətlərə buraxmışıq. Bunlar Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətləridir. Bu istiqamətlərdə də qeyri-qanuni daşımaların qarşısı xeyli alınıb”.

 

N.Allahyarova qeyd edib ki, növbəti ildən etibarən bölgələrə işləyən avtobusların böyük əksəriyyəti dəyişəcək:

“Növbəti ilin mart ayından sonra yeniliklər regionlara işləyən avtobusların 70-80 faizini əhatə edəndə əsaslı dəyişikliklər hiss olunacaq”.

 

DANX rəsmisi bildirib ki, təmsil etdiyi qurum yalnız avtovağzalların ərazisindən çıxan nəqliyyat vasitələrinə məsuldur:

 

“Biz qeyri-qanuni daşımaların qarşısını yalnız optimallaşma apararaq, xətlərə komfortlu avtobuslar buraxaraq ala bilərik. Qanunvericilikdə qeyri-qanuni daşımalara qarşı hər hansı inzibati tədbirlərin görülməsilə bağlı səlahiyyətimiz yoxdur. Bununla aidiyyatı qurum məşğuldur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...