Modern.az

Hacıqabulda qəza: xəsarət alan var

Hacıqabulda qəza: xəsarət alan var

Aktual

8 Noyabr 2019, 22:34

Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hundai”markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyev Talıb Şirəli oğlu yüngül xəsarət alıb. Hadisə yerində ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu