Arxiv
9 Noyabr 2019, 09:18 | PARLAMENT
Deputatlar büdcə müzakirələrindən DANIŞDILAR: “Hardan haraya gəlmişik”

Milli Məclisin komitələrində 2020-ci ilin büdcə zərfinin müzakirələri noyabrın 7-si yekunlaşıb.

 

Modern.az xəbər verir ki, noyabrın 5-i, 6-sı və 7-ni əhatə edən büdcə müzakirələrində bütün komitələr iştirak edib.

Noyabrın 12, 13 və 14-də isə parlamentin plenar iclası büdcə zərfini müzakirə edəcək

Komitə müzakirələr haqqında yekun fikirlərini Modern.az-la bölüşən Milli Məclisin üzvləri 2020-ci ilin büdcəsinin investisiyayönümlü və sosialyönümlü olmasına diqqət çəkiblər.


Deputat Musa Quliyev qeyd edib ki, büdcə müzakirələri həmişə olduğu kimi demokratik şəraitdə aparılıb:


“Maliyyə Nazirliyi və digər əlaqədar nazirliklər 2020-ci ilin dövlət büdcəsini təqdim etdilər. Deputatlar çıxış edərək, təkliflərini irəli sürdülər. Hər kəs təqdir etdi ki, büdcəmizdə inkişaf özünü göstərir. Ötən ilə nisbətdə təxminən 6 faizlik artımdan söhbət gedir. Büdcəmiz böyük büdcə olduğuna görə, əhalinin gələn il daha da yaxşı yaşaması üçün imkan yaradacaq. Sosialyönümlü xərclər büdcənin təxminən 40 faizə qədərini əhatə edir. 2020-ci ilin büdcəsində də səhiyyə, təhsil, sosial təminat, mədəniyyət və s. sahələrə ayrılan məbləğ artıb. Bu, onu deməyə imkan verir ki, bütün sahələrdə gələn il də maaş artımı olacaq. İnflyasiyadadan üstün əməkhaqqqı artımı gözlənilir. Gələn il inflyasiya indiki səviyyədə qalacaq. Bütövlükdə 2020-ci ilin büdcəsinin investisiya və inkişafyönümlü olduğunu düşünürəm”.

 

Deputat Eldəniz Səlimov bildirib ki, 2020-ci ilin büdcəsi dinamik və sürətli  inkişaf yolunda olan Azərbaycanın reallıqlarına, ölkədə həyata keçirilən islahatlar prosesinin yeni dalğasının mahiyyətinə tam uyğun gəlir:


“Komitələrin birgə iclaslarında səsləndirilən ortaq fikir bu idi ki, büdcəmiz son 15-20 il ərzində daim arta-arta gedir. Əgər müstəqilliyimizin ilk illərində - 90-ci illərdə büdcəmiz cəmi yüz minlərlə, milyonlarla ölçülürdüsə, indi artıq 30 milyarda yaxınlaşmaqdadır. Bu, özü müqayisə üçün ən gözəl nümunə, faktdır. Bu həm də onu göstərir ki, ötən illər ərzində haradan haraya gəlmişik, hansı inkişafa doğru gedirik.

2020-ci ilin büdcəsi Azərbaycanın reallıqlarını, inkişafını, hədəflərini özündə tam ehtiva edir və xalqımızın, dövlətimizin maraqlarına, istəklərinə tam cavab verir".

 

Səlimov onu da xatırladıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır:

“Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7% çoxdur”.


Deputat Kamilə Əliyeva isə hesab edir ki, 2020-ci ilin büdcəsi peşəkarlıqla, ölkəmizdə və dünyada baş verən bütün hadisələr, reallıqlar nəzərə alınmaqla hazırlanıb:

“Hər il olduğu kimi, 2020-ci ilin də büdcəsi sosial, investisiyayönümlüdür. Dövlət büdcəsinin vəsaiti hesabına bütün sahələrin, o cümlədən, Azərbaycan cəmiyyəti üçün vacib sayılan əlil və şəhid ailələrinin, məcburi köçkünlərin, xüsusilə müdafiə və hərbi layihələrin maliyyələşməsi reallaşacaq. 2020-ci ildə sosial layihələr daha sürətlə davam etdiriləcək. Hesab edirəm ki, 2020-ci ilin büdcəsi ölkə əhalisinin sosial təminatının yaxşılaşdırılmasını tam şəkildə təmin edəcək. Komitələrin birgə iclaslkarında bu fikirlər bir daha təsdiq edildi. Mən büdcə barədə daha geniş çıxışımı isə plenar iclasa saxlamışam”. 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27
SORĞU Yeni parlamentdə kimlər olsun?