Modern.az

\"Neftçi\"  yenə məğlub oldu

\

9 Noyabr 2019, 20:01

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.

Oyunda hesabı 45+1-ci dəqiqədə "Neftçi"nin oyunçusu  Donald Gerye açıb.

73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.

Oyun "Keşlə"nin  2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?