Modern.az

Hacıqabulda ağır qəza: 2 ölü

Hacıqabulda ağır qəza: 2 ölü

9 Noyabr 2019, 22:51

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, ilkin məlumata görə, 14 BF 094 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir sədlərə çırpılıb.

Hadisə nəticəsində biri kişi, digəri qadın olmaqla iki nəfər ölüb. Bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzada ölənlərin kimliyi müəyyən edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir